BolgeXeber.Com » Bölgə » Quba sakinlərinə Rusiya pasportu paylanır

Quba sakinlərinə Rusiya pasportu paylanır

16-05-2014, 09:15
Oxunub: 3 643 Quba rayonundakı Qırmızı qəsəbədə bəzi sakinlərə Rusiya pasport paylanır

Məlumata görə, qəsəbənin bütün sakinləri haqda bu sözləri demək mümkün olmasa da, müəyyən şəxslərin təxribata uymaq ehtimalı böyükdür.

Məsələ ilə əlaqədar Quba rayon icra hakimiyyəti ilə əlaqə saxladıq. Qurumun ictimai-siyasi şöbəsinin baş məsləhətçisi Tariyel İbrahimov bildirdi ki, bu barədə icra hakimiyyətinə heç bir məlumat daxil olmayıb. Qırmızı qəsəbədə əsasən yəhudi millətinə aid insanlar yaşayır.

Qeyd edək ki, bir qədər öncə Qusar rayonunda da rus pasportları, “Georgiyev lenti”nin paylanması barədə məlumatlar da yayılmışdı. 51 saylı Qusar Seçki Dairəsindən olan millət vəkili Azər Badamov isə bu məlumatı təxribat adlandıraraq, şimal bölgəsində tam sakitlik olduğunu bildirmişdi. Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov isə mətbuata açıqlamasında bildirib ki, Azərbaycan vətəndaşlarına Rusiya pasportu almaq üçün sadələşdirilmiş qaydanın tətbiqi Azərbaycan Konstitusiyası və qanunlarına müvafiq olaraq tənzimlənməlidir: “Azərbaycan Konstitusiyası və qanunvericiliyində vətəndaşlığın əldə edilməsi, itirilməsi prosedurları qeyd edilib”.

O, bildirib ki, ümumvətəndaş pasportu məsələsi Azərbaycan qanunvericiliyi ilə tənzimlənir. Dövlət Miqrasiya Xidməti hazırda bu işlə məşğuldur.(Teleqraf.com)