Sabirabadın baş memarının oğlunun harınlamış görüntüləri yayıldı
16-05-2014, 12:35
Oxunub: 5 905
Daha bir məmur oğlunun harınlamış görüntüləri yayıldı - Bu dəfə əyalətdən xəbər gəldi
Bu gün sosial şəbəkələrdə Sabirabad Rayon İcra Hakimiyyətində işləyən yüksək çinli məmurlardan birinin oğlunun əyləncəli və dəbdəbəli həyat t ərzi ilə bağlı fotolar yayılıb. Gundeminfo.az yazır ki, İcra Hakimiyyətində işləyən Sabirabadın baş memarı Ağarəhim Ağayevin oğlu Ramil Ağayev dostları ilə dəbdəbəli həyat tərzini reklam edir. Şəkildə gördüyünüz avtomobilin sahibi Ramil Ağayev avtomobillərindən biri ilə istirahət edir. Rayondan verilən məlumatlara əsasən Sabirabadın baş memarı rayonda kifayət qədər zəngin adamlardan biri kimi tanınır. Onun xeyli sayda bahalı avtomobillərinin olduğu bildirilir.
Daha bir məmur oğlunun harınlamış görüntüləri yayıldı
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev məmur övladları ilə bağlı çox sərt tədbirlərin tətbiq ediləcəyi barədə dəfələrlə çıxışlar edib. Məmurları sadə həyat tərzi keçirməyə, övladlarına da əhali arasında sadə davranmalarını tapşırıb. Lakin görünür hələ də bəzi xırda məmurlar var ki, onlar sosial şəbəkələrdə və əhali arasında gözqamaşdıran həyat tərzlərini reklam etdirməklə məşğuldurlar.
Qeyd edək ki, bu mövzu ilə bağlı redaksiyamıza əlavə məlumatlar da daxil olub. Onları da diqqətinizə çatdıracağıq. Bizi ihləyin.
Bolgexeber.com
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər