BolgeXeber.Com » Bölgə » Ucarın Təhsil Şöbəsi acınacaqlı durumdadır

Ucarın Təhsil Şöbəsi acınacaqlı durumdadır

17-05-2014, 09:15
Oxunub: 2 691 Rayonda müəllimlərin maaşlarından pul tutulacağı xəbərləri yayılıb

Ötən sayımızda xəbər verdiyimiz kimi, Ucar rayon Bağman kəndində baş verib. Kənd orta məktəbinin direktoru Binyət Binyətovun 23 yaşlı oğlu Daşqın 7-ci sinif şagirdi A.Z.-ni yoldan çıxararaq əxlaqsızlığa vadar edib. Məktəb direktorunun oğlunun əxlaqsızlığı rayonda böyük narazılığın yaranmasına səbəb olub. Atasının 13 yaşlı şagirdi ilə intim hərəkətlər edən gəncin harınlığı sakinlərin qəzəbinə tuş gəlib. Belə ki, direktor oğlunun məktəblinin uşaqlığından istifadə edərək onu sms vasitəsilə yoldan çıxarması, sonra isə qızı sms vasitəsilə yaşadığı evin hasarının yanına çağıraraq orada yeniyetmə ilə əxlaqsız hərəkətlər etməsi, sonradan bu münasibət mütəmadi hal alıb.

Rayon sakinlərinin sözlərinə görə, bu məsələnin üstünü qızın valideynləri açıblar. Onlar polisə şikayət edərək övladlarının bakirəliyinin pozulduğunu iddia etsələr də, ekspertizada bu təsdiqini tapmayıb. Lakin Daşqın Binyətov yetkinlik yaşına çatmayan qızla etdiyi əmələ görə Cinayət Məcəlləsinin əxlaqsız hərəkətlər (153-cü) maddəsi ilə təqsirli bilinərək həbs edilib. Hazırda cinayət işi baxılması üçün rayon məhkəməsindədir. Bütün bunlar onu göstərir ki, son günlər bəzi vəzifəli şəxslərin övladları valideynlərinin qəniminə çevrilib. Yüksək vəzifəli məmur balalarının etdiyi əməllər sonda atalarının başında çatlayır. Belə hallardan birinin də təhsil sistemində baş verməsi vəziyyətin acınacaqlı olmasını göstərir. Dünən əldə etdiyimiz məlumatlarda bildirilir ki, məktəb direktoru azyaşlı məktəbliyə qarşı əxlaqsızlıq edən oğlunun güdazına gedib. Belə ki, 3 saylı Bağman kənd məktəbinin direktoru Binyət Binyətov oğlu Daşqının əməllərinə görə işdən çıxarılıb. Direktorun 23 yaşlı oğlu Daşqının elə həmin məktəbin 13 yaşlı şagirdi ilə əxlaqsız hərəkətlər etdiyinə görə həbs edilməsi, atasının isə təhsil sistemindən uzaqlaşdırılması adi fakt deyil. Sakinlər bildirirlər ki, rayonda təhsilin durumu acınacaqlıdır. Belə ki, rayonun təhsil şöbəsinin müdiri də işində olduqca ciddi nöqsanlara yol verir və onun gördüyü özbaşına işlər nəticəsində bu gün rayon təhsili durğunluq dövrünü yaşamaqdadır. Mətbuatda bununla bağlı nə qədər yazılsa da, Ucarın Təhsil Şöbəsindəki xoşagəlməz hərəkətlər azalmaq bilmir. Etibarlı mənbələrdən əldə etdiyimiz yeni məlumatlar vəziyyətin dözülməz həddə çatdığını göstərir. Mənbənin bildirdiyinə görə, rayonun təhsil şöbəsinə kadrların seçilməsi zamanı bir sıra özəl «qanun»lara riayət olunur.

Belə ki, təhsil sistemindən o qədər də geniş anlayışı olmayanlar hazırda təhsil şöbəsində bəzi mühüm vəzifələri tutublar. Mənbə bildirir ki, aşkarcasına ölkə qanunlarını pozan şöbə müdiri bu yaxınlarda rayonun icra başçısına qarşı da addımlar atıb. Maraqlıdır, icra başçısının işini bəyənmədiyi bir insan necə olur ki, rayonun təhsil şöbəsində çalışır?

Mənbənin məlumatları arasında diqqət çəkən məsələlərdən biri də Təhsil Şöbəsi ilə Təhsil Nazirliyindəki şəxslərdən biri arasındakı çəkişmədir. Daha doğrusu, şöbə müdirinin təhsil nazirinə saymazyana münasibətidir. Mənbənin sözlərinə görə, belə başa düşmək olar ki, şöbə müdiri birbaşa bəzi məsul vəzifəli şəxslərə qarşı saymamazlıq edir, rayonda keçirilən tədbirləri şübhə altına alır.

Mənbə bildirir ki, bu kimi hallar rayon məktəblərində həddən artıqdır. Həm Təhsil Nazirliyinin nizamnaməsinə, həm də ölkə konstitusiyasına hörmətsizlik göstərən şöbə müdiri yalnız özünəməxsus qaydalardan istifadə etməklə iş sistemini yaradıb. Onun yaratdığı bu sistemdə başlıca yeri isə qanunlara etinasızlıq tutur.

Ucardan daxil olan məlumatlara görə, hal-hazırda rayonda orta məktəb müəllimlərinin maaşlarından 30, direktorların məvaciblərindən isə 50 manat tutulacağı ilə bağlı məlumatlar yayılıb. Verilən xəbərlərə görə, buna səbəb kimi rayonda iki bağçanın tikilicəyi göstərilir. Qəribədir, Ucar rayon Təhsil Şöbəsinin işçilərinin və ümumiyyətlə məktəb müəllimlərinin və direktorların bağçalarla nə əlaqəsi var? Axı məktəbəqədər tərbiyə müəssisələri çoxdan təhsil sistemindən ayrılıb. Qeyd edək ki, ölkənin hüquq-mühafizə orqanları, habelə digər dövlət strukturları mütəmadi olaraq dövlət idarələrindəki xoşagəlməz halları araşdırırlar. Bu araşdırmaların nəticəsində bir çoxları ayrı-ayrı əməllərinə görə işdən kənarlaşdırılır. Bu gedişlə Ucar rayon Təhsil Şöbəsində də yoxlamalara start veriləcəyi qaçılmazdır.

Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini işıqlandıra bilərik.
gundelik baku