BolgeXeber.Com » Bölgə » Lerik rayon Təhsil Şöbəsinin müdiri Balaşirin Nəsirov saxtakarlıqda ittiham olunur

Lerik rayon Təhsil Şöbəsinin müdiri Balaşirin Nəsirov saxtakarlıqda ittiham olunur

17-05-2014, 10:40
Oxunub: 9 073 Balaşirin Nəsirovun Lerik rayon Təhsil Şöbəsində yaratdığı qeyri-sağlam şərait rayon ictimaiyyətini, ağsaqqaları, ziyallıları olduqca narahat edir”

“Balaşirin Nəsirovun Lerik rayon Təhsil Şöbəsində yaratdığı qeyri-sağlam şərait rayon ictimaiyyətini, ağsaqqaları, ziyallıları olduqca narahat edir”.


Redaksiyamıza Lerik rayon sakini Muxtarov Həsənağa Müseyib oğlunun təhsil naziri M.Cabbarova ünvanlanmış müraciəti daxil olub. Müraciətdə Lerik rayon Təhsil Şöbəsinin müdiri Balaşirin Nəsirov saxtakarlıqda ittiham olunur.


Şikayətçinin təhsil naziri M.Cabbarova ünvanlı müraciətini təqdim edirik. Müraciətdə bildirilir:


“Hörmətli cənab nazir!


Lerik rayon təhsil şöbəsinin müdiri Balaşirin Nəsirov bir sıra cinayət əməlləri törətməklə rayon təhsil şöbəsini iflic vəziyyətinə salıb. B.Nəsirov hələ Lerik rayonundakı peşə məktəbinə rəhbərlik etdiyi dövrdə, yəni 2009-2010-cu illərdə dövlətin 80 min manat vəsaitini Lerik rayon sakini Süleyman Cəfər oğluııun heç bir fəaliyyəti olmayan kiçik müəssisəsinə köçürərək mənimsəmişdir. B.Nəsirov 2010-cu ilin mart ayından Lerik rayon Təhsil Şöbəsinə müdir təyin olunandan soııra rayon təhsil şöbəsinə ayrılan pul vəsaitini təyinatı üzrə yox, ancaq özünün şəxsi məqsədləri üçün xərcləmişdir. 2011-2012-ci illər ərzində B.Nəsirov tərəfindən mal-material almaq adı ilə 300 min manat pul kiçik müəssisələrə köçürülərək, sonradan həmin pul heç bir mal-material alınmadan mənimsənilmişdir. Məlum yeyintinin ört-basdır edilməsi üçün bəzi məktəb direktorların adına saxta sənədlər tərtib edilməklə həmin vəsaitlər məxaric edilmişdir. Sübut üçün qeyd etdiyim 2011-2012-ci illər ərzində Lerik rayon Təhsil Şöbəsinin Lerik rayon Maliyyə İdarəsində aparılan yoxlamalarda öz əksini tapmışdır.


Balaşirin Nəsirovun Lerik rayon Təhsil Şöbəsində yaratdığı qeyri-sağlam şərait rayon ictimaiyyətini, ağsaqqaları, ziyallıları olduqca narahat edir.


B.Nəsirovun bir əməli də tədris ilinin əvvəlində şagirdlərin sayının qanunsuz olaraq şişirdilərək, məktəblərdə siniflərin sayının çoxaldılması ilə bağlıdır. Həmin siniflərdə tədris olunan dərslərə ayrılan pullar B.Nəsirovun şəxsi maraqlarına xidmət edir.


Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilən qanunlar rayon təhsil şöbəsinin müdiri tərəfindən kobudcasına pozulur. Belə olmasaydı, B.Nəsirovun rəhbərlik etdiyi təhsil şöbəsində 5 nəfər təqaüd yaşına çatmasına baxmayaraq, hazırda işləməzdi. B.Nəsirov həmin adamlardan hər il 1000 manat alır, sonra onlarla əmək müqaviləsi imzalayır.


Hörmətli cənab nazir!


B.Nəsirovun rəhbər olduğu illər ərzində rayon məktəblərində dərslər tədris olunmur. Bir sıra məktəb direktorları məktəbə aid olmayan işlərlə məşğul olmaqla iş günlərini başa vururlar. Bu səbəbdən də şagirdlərin çox hissəsi öz adlarını belə yaza bilmir. B.Nəsirov bu saxtakarlıqlarla yanaşı, həm də cinayət əməli törədib. Əmisi qızına qarşı törətdiyi cinayət əməlinə görə haqqında cinayət işi açılsa da, B.Nəsirov həbs olunmadı. Görünür, arxasında güclü qüvvələr var. Ancaq inanırıq ki, siz Lerik təhsilini bu bataqlıqdan çıxaracaqsınız”.


Məsələyə münasibətini öyrənmək üçün Lerik rayon Təhsil Şöbəsinin müdiri Balaşirin Nəsirovla telefon əlaqəsi saxladıq. Müraciətin əsassız olduğunu bildirən şöbə müdiri məsələ ilə bağlı rəsmi mövqe bildirəcəyini söyləsə də, aradan xeyli vaxt keçməsinə baxmayaraq, heç bir mövqe bildirmədi. Odur ki, şikayətçinin israrlı xahişini nəzərə alaraq müraciətini dərc etdik.


Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.(Tezadlar)