BolgeXeber.Com » Bölgə » Qobustanda rayonun torpağı torbalarla daşınır

Qobustanda rayonun torpağı torbalarla daşınır

17-05-2014, 10:40
Oxunub: 4 340 Bolgexeber.com dia.az-a istinadən bildirir ki, Qobustanda torpaqlar maşınlara yüklənərək satılır. Qobustan rayon sakinlərinin narazılığı rayondakı əkinə yararlı torpaq sahələrinin işbaz məmurlar tərəfindən ayrı-ayrı şəxslərə satılmasıdır ki, bunun da nəticəsində Qobustan kimi rayonda kənd təsərrüfatı problemlə üzləşib. Daxil olan məlumatda bildirilir ki, yerli icra strukturlarının xeyir-duası ilə baş verən bu “əməliyyat” nəticəsində külli miqdarda gəlir əldə edənlər hansı böyüklükdə cinayəti törətdiklərinin fərqində deyillər.

Onu da bildirək ki, narazı vətəndaşlar Kənd Təsərrüfatı Naziri Heydər Əsədovdan və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədovdan kömək də istəyirlər. Dövlət qurumlarına şikayət ərizəsi yazan vətəndaşlar bildirir ki, əgər belə davam edərsə Qobustanda əkinə yararlı torpaq qalmayacaq. Sakinlərin dövlət qurumlarının rəhbərlərinə ünvanladıqları müraciətlərində deyilir:

“Məlumat üçün sizə bildirmək istəyirik ki, Qobustan rayon Ximilli kəndində dırnaq arası məmurları Kənd Təsərrüfatına divan tutmaqla məşğuldurlar. Belə ki, Ximilli kəndinə Qobustan rayonu tərəfindən gələndə əsasən dəyirmanın sol tərəfində təpənin üstündə və digər yerlərdə kənd təsərüfatına yararlı torpaq sahələrindəki torpaqlar dəyər dəyməzinə maşınlarla satırlar.

Əkin sahələrin başqa məqsədlər üçün istifadə etmək qəti qadağandır, amma bu ədalətsiz kənd rəhbərləri, icra nümayəndəsi, habelə rayon rəhbərliyi bütün bu baş verənlərə göz yumurlar. Bu işlərədə Ximilli kənd sakini Mirzəyev Nadir Bəybala oğlu rəhbərlik edir. Maşınlardan pulları yığan da odur.

Xahiş olunur Qobustan rayon Ximilli kənd sakini Mirzəyev Nadir Bəybala oğlu və kəndin torpağın satılmasına şərait yaradan rəhbərləri barədə tədbir görülsün”.

Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq...