Masallıda yol polisini bıçaqlayan şəxs hansı məmurun qohumudur?
17-05-2014, 11:00
Oxunub: 2 629
Məhbusluq həyatı yaşamış şəxs polisi bıçaqla yaralayıb.
Mayın 12-də saat 12 radələrində Masallı şəhəri Füzuli küçəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Ruslan Muxtarov xidmətdə olan Masallı RPŞ Dövlət Yol Polisi Bölməsinin YPX inspektoru, polis serjantı Ariz İsmayılovun döş nahiyəsinə bıçaqla iki dəfə xəsarət yetirib və hadisə yerindən qaçıb.
Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, A.İsmayılov xəstəxanaya yerləşdirilib. Nazirliyin məlumatında o da bildirilir ki, Ruslan Muxtarov yol polisi əməkdaşını heç bir səbəb olmadan vurub. Faktla əlaqədar rayon prokurorluğu tərəfindən cinayət işi başlanıb.
Masallı RPŞ-dən aldığımız məlumata görə, Ruslan Muxtarov hadisə yerindən qaçmışdır. Ruslanın Masallı rayon əmək müfəttişliyinin rəisi Ərəstun Əbilovun qaynı oğludur. Elə məhz qohumuna güvənən Ruslan uzun müddətdir ki, Masallıda qoçuluq edir. Məlumata görə, Ruslan Muxtarov 5-6 il bundan əvvəl Masallının Qızlavar kəndi ərazisində Xəqani adlı yol polisi əməkdaşını da vurub. Hazırda Ərəstun Əbilovun adamları A.İsmayılovun yaxınları ilə danışıqlar aparıb onları Ruslanla barışığa məcbur edirlər.
bolgexeber.com
Çox Oxunanlar
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 17-04-2024, 10:13 : Hadı Rəcəblinin dəfn yeri açıqlandı
Gündəm
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər