BolgeXeber.Com » Bölgə » Qazaxda iş adamı ağzını tikərək etiraz etdi - Foto

Qazaxda iş adamı ağzını tikərək etiraz etdi - Foto

18-05-2014, 16:45
Oxunub: 4 139 Qazax rayon sakini, iş adamı Elşad Məmmədov Qazaxda şok etiraz aksiyası keçirir.

E. Məmmədov 355 min manata sahibkar Hacı İbrahimin şirkətindən iki ev alib, hər bir sənədi yerində olmasına baxmayaraq, Hacı İbrahim tərəfindən evləri mənimsənilib. Buna görə də bütün məhkəmə instansiyalarına müraciət edən E. Məmmədov son ümid yeri kimi Ali Məhkəmənin plenumunu gözləyirdi. Amma 16. 05. 2014-cü il tarixində baş tutmuş iclasda Ali Məhkəmənin plenumunda E. Məmmədovun işinə baxılmayıb, məsələ növbəti plenum iclasına saxlanıb. E. Məmmədov bildirir ki, məhkəmə Korrupsiya idarəsində araşdırma aparıldığını bəhanə gətirərək belə qərar qəbul edib. Amma E. Məmmədov bildirir ki, Korrupsiya idarəsindən heç bir araşdırılma aparılmadığı barədə dəqiq məlumatım var. Buna etiraz olaraq son vasitə olaraq Elşad Məmmədov ağzını tikərək prezidentlə görüş tələb edir (azerlife.org).




BOLGEXEBER.COM