Ögey anasını qətlə yetirən Tərtər sakini
18-05-2014, 14:35
Oxunub: 3 308
Əslən Bərdə rayonunun Qazaxlar kəndindən olan 58 yaşlı Nüşabə Mehdiyeva həyat yoldaşının gözü qarşısında ögey oğlu tərəfindən bıçaqlanıb.
Məlumata görə, qətlə yetirilənin qardaşı Arif Mehdiyev deyib ki, sərxoş vəziyyətdə evə gələn Tərtər rayon sakini Pərviz Göyüşov Nüşabəyə bıçaqla hücum edib. Qonşuya qaçan qadının arxasınca gedən Pərviz orada da Nüşabə Mehdiyevaya çoxsaylı bıçaq zərbələri vuraraq boğazını kəsib.
Mərhumun yaxınlarının sözlərinə görə, hadisə zamanı qadının həyat yoldaşı Karlar Göyüşov arvadını xilas etməyə çalışsa da oğlunun qarşısını ala bilməyib.
Qeyd edək ki, Tərtər rayon sakini Karlar Göyüşov 22 il əvvəl Nüşabə Mehdiyeva ilə ikinci dəfə ailə qurub. Əvvəlki evliliyindən 4 övladı, Nüşabə Mehdiyevadan isə 15 yaşında bir oğlu var.
Hadisə ilə bağlı Nüşabənin həyat yoldaşı danışmaq istəmədi. Pərviz Göyüşov isə artıq Tərtər polisi tərəfindən saxlanılıb. Hadisənin baş vermə səbəbi Tərtər rayon prokurorluğunun araşdırmasından sonra məlum olacaq.
Çox Oxunanlar
- 17-04-2024, 10:13 : Hadı Rəcəblinin dəfn yeri açıqlandı
Gündəm
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 20-04-2024, 15:57 : Cavanşir Məmmədovla vida mərasimi keçirilir
Şou-Biznes
- 11-05-2024, 17:48 : Bakıda daha bir YENİLİK
Xəbərlər / Ölkə
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 18-04-2024, 17:24 : Rəqsanə İsmayılovanın əmlaklarına həbs qoyulub? - AÇIQLAMA
Şou-Biznes
- 1-05-2024, 17:35 : Ermənistanda yeniyetmə minaya düşdü
Dünya / Xəbərlər
- 27-04-2024, 17:55 : Şeytan çarxı fəaliyyətini dayandırıb?
Xəbərlər / Ölkə
- 30-04-2024, 14:11 : “Qarabağ” - “Neftçi” oyununun stadionu dəyişdirilib
İdman