BolgeXeber.Com » Bölgə » Eldar Əzizov Sumqayıtın ortasındakı antisanitariya mənbəyini niyə görmür?-FOTOLAR

Eldar Əzizov Sumqayıtın ortasındakı antisanitariya mənbəyini niyə görmür?-FOTOLAR

19-05-2014, 07:40
Oxunub: 3 950 "Yaşayış binalarının ortasında şadlıq evi tikintisinə icazə verilməsi hec bir məntiqə sığmır"

Bolgexeber.com-un redaksiyasına SumqayIt şəhəri 13-cu mikrorayonda yerləşən iki 9 mərtəbəli (ev 8/a,ev 1/b) və iki 5 mərtəbəli (ev 15, ev 10/a) evlərin 500 nəfərdən artıq sakinlərinin adından şikayət məktubu daxil olmuşdur. Şikayətcilərin bildirdiyinə görə “Şərq bazarı” ilə uzbəuz yarımçıq qalmış tikili iki ildən çoxdur ki, zibil yığnagına dönub. Məktubu olduğu kimi təqdim edirik:
“Yarımçıq tikilinin zirzəmisinə yıgılmış su üfunət iyi verir. Elə bil Sumqayıt sanitar-epidomoloji stansiyasının məsul şəxsləri “Avrasiya” MMC-yə məxsus bu yarımcıq tikilidə antisanitariyanı görmürlər. Biz bu antisanitariyanın aradan qaldırılması üçün əlaqədar təskilatların “Avrasiya” MMC-yə qarşı maliyyə sanksiyalarının tətbiq edilməsini tələb edirik. Əgər bu yarımçıq tikili basa catdırılarsa 3 mərtəbədən ibarət şadlıq evi olmalıdır. 2012-ci ildən biz sakinlərin narahatlıgına səbəb olmuş bu tikiliyə hələ tikinti başlananda etiraz bildirdikdə Sumqayıt şəhəri Memarlıq İdarəsinin səlahiyyətliləri şikayətciləri əmin etməyə calışdılar ki,şadlıq evi tikilmir və tikinti 2-mərtəbəli ticarət obyekti olacaq.Nəticə isə göz qabagındadır. 500 nəfərdən cox sakini olan 4 binanın düz ortasında şadlıq evinin tikilməsi nə dərəcədə duzgundur?! Burada maşınlar harada parklanacaq? Bu şadlıq evində bişirilən yeməklərin iyi yaşayışcıların rahatlıgını pozmayacaqmi?! Hər gun bu şadlıq evində olan səs-küy bu şadlıq evini əhatə edən 500-dən cox vətəndaşı narahat etməyəcəkmi?! Biz bu suallara Sumqayıt səhər icra hakimiyyətinin səlahiyyətlilərindən cavab istəyirik. Yaşayış binalarının ortasında şadlıq evi tikintisinə icazə verilməsi hec bir məntiqə sığmır. Biz bu şadlıq evinin ləğv edilməsini və ya tikintinin təyinatının dəyisdirilməsini tələb edirik.Tələblərimiz yerinə yetirilməzsə prezidentə muraciət etmək və digər aksiyalar kecirmək fikrindəyik.Məsələni ictimailəsdirməklə fikrimizin qətiliyini bildiririk. Hələ 2003-cu ildə keçmiş icra başçısı Vaqif Əliyev tərəfindən şəhərin 1-ci və 2-ci m/r arasında parkda tikilən şadlıq evinin sökulməsi və başqa yerə köcurulməsi ictimaiyyət tərəfindən müsbət qarşılanmışdir.Biz ümid edirik ki,Sumqayıt şəhər icra hakimiyyətinin başcısı Eldar Əzizov “Avrasiya” MMC-yə məxsus tikintinin təyinatının dəyişdirilməsinə və tikintinin 3-cu mərtəbəsinin ləğv edilməsi istiqamətində real addım atacaq.Əgər prezident İlham Əliyev- xalqıma qulluq mənim borcumdur,- deyirsə icra başcıları xalqın haqlı tələbinə reaksiya verməli və onu həll etməlidir”.
Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
Bolgexeber.com