BolgeXeber.Com » Bölgə » Tovuzda güclü külək fəsadlara səbəb olub

Tovuzda güclü külək fəsadlara səbəb olub

19-05-2014, 09:30
Oxunub: 3 982 Ötən gün Tovuzda güclü külək əsib.

Saat 23 radələrindən başlayan külək rayonun meyvəçilik təsərrüfatına ziddi ziyan vurub.

Rayon sakinlərinin bildirdiyinə görə, külək alma, alça, ərik, şaftalı kimi meyvələri yerə töküb.

Bundan başqa, rayonun Aşağı Öysüzlü kənd sakini Nazim Məmmədovun həyətində olan tut ağacı onun avtomobilinin üzərinə aşıb.

Zərərçəkənin bildirdiyinə görə, qəfildən güclənən külək tut ağacının 3 böyük qolunu sındıraraq "VAZ-2106" markalı avtomobilinin üzərinə aşırıb.

Xəsarət alan olmasa da, avtomobilə ciddi ziyan dəyib.