BolgeXeber.Com » Bölgə » Tabor komandirinin qətlinin səbəbi və qaranlıq məqamları - ÖZƏL

Tabor komandirinin qətlinin səbəbi və qaranlıq məqamları - ÖZƏL

19-05-2014, 09:50
Oxunub: 6 171 Azərbaycan Respublikasının zabiti nümunəvi,ciddi və nizam-intizamlı olduğu üçün 5 aylıq MAXE tərəfindən amansızcasına 1 daraq dolusu güllə ilə öldürüldü
15.05.2014 tarixində günorta saatlarında, təxminən 14:00 radələrində Beyləqan qayonu "N" saylı hərbi hissəsində 5 aydır müddətdən artıq xidmət edən hərbi qulluqçu (MAXE) , Ağdam rayon qeydiyyatından olan İlkin Yaşar oğlu Məhərrəmov tabeliyindəki avtomat silahdan öz tabor komandiri mayor Əsgərli Emil Əlihüseyn oğluna amansızcasına və qəsdəm bir daraq dolusu güllə atəş açıb.
Mayor Əsgərli Emil hadisə yerində dünyasını dəyişib.

Bolgexeber.com bildirir ki, hadisənin cərəyan etdiyi hərbi hissənin əməkdaşlarının dediklərinə əsasən, hadisə zamanı Əsgərli Emil, hərbi hissənin xüsusi bölmə əməkdaşı və 6 nəfər əsgər ərazini yoxlamağa çıxıblar. Yoxlama zamanı cinayəti törədən MAXE İlkin Məhərrəmov döyüş postunda öz vəzifəsini düzgün icra etmədiyi və vəzifə borcunu bilmədiyi üçün tabor komandiri Əsgərli Emil ona irad tutaraq dərhal bölükə gedib vəzifə borcunu öyrənməsini əmr edib və özlərinin də bölükə gələcəyini bildirib. Sonda yenə Əsgərli Emil və yanındakı hərbçilər yoxlamaya davam etmək üçün səngərin içində hərəkətə davam ediblər. MAXE İlkin Məhərrəmov bölükə gedərək hərbi formasını dəyişib və öz mülkü geyimini geyinərək yenidən səngərə qayıdıb. Mülkü geyimlərini geyinib geri dönən MAXE İlkin Məhərrəmov tabor komandiri Əsgərli Emil, hərbi hissənin xüsusi bölmə əməkdaşı və 6 nəfər əsgərin anidən qarşısına çıxaraq atəş açmağa başlayıb. Atəş ilkin olaraq tabor komandiri, mayor Əsgərli Emilin ayağından dəyib və Emilin yanındakı digər bütün hərbçilər öz canlarını qurtarmaq üçün hərəsi bir tərəfə qaçıblar. Sonra isə digər 4 güllə Emilin ciyərindən, ürəyindən və bədəninin müxtəlif nahiyyəsindən dəyib. Sonda isə öz vəzifəsini icra edərkən o müqəddəs hərbi formanı əynində daşıyan, Azərbaycan atributlarını üzərində gəzdirən , Müdafiə Nazirliyi tərəfindən dəfələrlə medal və ordenlərlə təltif olunmuş, illərlə Çində və Türkiyədə hərbi təhsil almış, Polkovnik-leytenant vəzifəsini icra edən tabor komandiri Əsgərli Emil Əlihüseyn oğlunun cansız bədəni yerə yıxılıb. Hətta Emil canını haqqa tapşırıb yerə düşdükdən sonra da öz məkirli niyyətindən əl çəkməyən vətən xaini MAXE İlkin Məhərrəmov Azərbaycanın ən şərəfli , dürüst , savadlı və nümunəvi zabitlərindən olan Emilin başından da atəş açaraq vurub. Nəticədə MAXE İlkin Məhərrəmov 6 güllə ilə Mayor Əsgərli Emilin həyatına qəsd edib.
Bolgexeber.com-a mərhumun yaxınları bildirib ki, cinayəti törədən MAXE İlkin Məhərrəmovun təcavüzkar ermənilərlə yaxınlığı,qohumluğu,işbirliyi və ya digər bir yaxınlığı olub-olmamasının araşdırılmasını və bu hadisə ilə əlaqəsi olan hər bir şəxslərin yüksək səviyyədə cəzalandırımalarını gözləyirik. Çünkü Dövlət səviyyəsində araşdırılsa hər kəs görər ki , Azərbaycan Respublikası bu gün Əsgərli Emil qədər savadlı, ləyaqətli, əqidəli,nümunəvi, nizam-intizamlı, vətəninə və hərbiyə bağlı , bütün cavan ömürünü hərbiyə həsr etmiş, sayca çox az olan zabitlərimizdən birini itirdi! Və araşdırılsa hər kəs görər ki, bu hadisədə qaranlıq məqamlar həddindən artıq çoxdur. Çünkü , döyüş bölgəsində, səngərdə olarkən hər kəsin üzərində döyüşə tam hazır şəkildə silah olmalıdır. Üstəlik bu şəxslər yüksək rütbəli tabor komandiri və xüsusi bölmə əməkdaşı olarsa. Əgər üzərlərində silah olubsa, necə olubki 8 nəfər hərbçi 1 nəfər MAXE-ə bir güllə də vurub onun məkirli niyyətinə mane ola bilməyib?! Necə olub ki, MAXE bölüyə gedib mülkü geyimlərini geyindikdən sonar geri dönərək Emili öldürüb. Necə olub ki, MAXE-nin üzərində güllə olmadığı üçün başqa əsgər ona özünün güllə ilə dolu darağını verib?!


Allah rəhmət etsin. Amin!

Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.

bolgexeber.com