BolgeXeber.Com » Bölgə » Gədəbəydə ağır avtomobil qəzası

Gədəbəydə ağır avtomobil qəzası

20-05-2014, 10:20
Oxunub: 2 055 Gədəbəydə 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Gədəbəy Rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə Gədəbəy-Novosaratovka avtomobil yolunun 2-ci kilometrliyində baş verib.

Rayon sakini, 29 yaşlı Emin Səfərov “VAZ 2106” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşını yolun kənarında dərəyə aşırıb.

Qəza nəticəsində xəsarətlər alan sürücü Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına, avtomobildə olan iki sərnişin, Tərtər rayon sakinləri, Gədəbəy Qızıl mədənində traktorçu işləyən, 61 yaşlı Tofiq Mustafayev və 29 yaşlı Yunis Məmişov isə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər. Sürücünün xəsarətlərinin yüngül, digər iki nəfərin vəziyyətinin isə orta ağır olduğu bildirilir.

Faktla bağlı Gədəbəy Rayon Polis Şöbəsində araşdırma aparılır.