BolgeXeber.Com » Bölgə » Ağsulular dayıdan bacı oglu nazirə şikayət ünvanladılar

Ağsulular dayıdan bacı oglu nazirə şikayət ünvanladılar

20-05-2014, 18:00
Oxunub: 4 678 Ənvər Seyidəliyev Ağsu şəhərinə ayrılan vəsaitin yarsını mənimsəyib və mənimsədiyi pullara Bakı şədərində iki villa tikdirir

Ağsu şəhər icra nümayəndəsi Nadir Şirinov və 12 saylı Yol İstismar idarəsinin müdiri çətin vəziyyətə düşüblər.

Onların çətin vəziyətə düşmələrinin səbəbi isə Ağsu rayon İcra Hakimiyətinin başçısı Ənvər Seyidəliyevin şəhərin abalaşdırılması üçün ayrılan vəsaitin yarısını qabaqcadan nəqdləşirərək götürməsidir. Hazırda Ağsu şəhərində abadlaşdırma işləri üçün ayrına 700 min manat vəsaitin ancaq yarısı, yəni 350 min manatı Nadir Şirinovun və 12 saylı Yol İstismar idarəsinin müdirinin ixtiyarına verilib. Bu isə o deməkdir ki, şəhərin abadlaşdırlması və çəkilən yollar kosmetik olacaq.

Bu barədə redaksiyamıza Ağsudan daxil olan məlumatda bildirilir ki, icra başçısı Nadir Şirinova tapşırıb ki, əlində olan vəsaitlə şəhərin abadlaşdırılmasını təmin etsin. Qeyd olunur ki, Ənvər Seyidəliyev bir çox maliyyə maxinasiyalarını məhz şəhər icra nümayəndəsinin əli ilə həyata keçirir. Bir qayda olaraq mənimsənilən vəsaitlərin yerini doldurmaq üçün qiymətlər bir neçə dəfə şişirdilir, həmçinin görülən işlərin əksəriyyətində layihədə nəzərdə tutlan işlərin bir qismi işlənilmir.

Görülən işləri isə bir qayda olaraq Nadir Şirinov qəbul etdiyinə görə kütləvi yeyinti hallarının üstü ort-basdır edilir.

Daxil olan məlumata əsasən bu dəfə istər Nadir Şirinov və 12 saylı Yol İstismar idarəsinin müdiri çətin vəziyyətə düşüblər. Çünki aparılacaq işlər böyük vəsait tələb edir. Hətta ayrılmış 700 min manat belə həmin işlərin görülməsi üçün kifayət etməyə bilərdi. İndii isə vəsaitin yarısının başçı tərəfindən qabaqcadan götürülməsi hər iki idarə müdirini pis vəziyyətdə qoyub.

Elə bu üzdəndə Nadir Şirinovun biznes qurumlarından pul toplamağa çalışdığı qeyd olunur. Lakin dəflərlə abalaşdırma üçün pul verən kiçik və orta biznes qurumlarının sahibləri artıq pul vermək istəmirlər. Məlumata əsasən dəflərlə abalaşdırma üçün pul verən kiçik və orta biznes qurumlarının sahibləri artıq cana doyublar. Ona görə də Ağsuda qarşıdurmadan qorxan Nadir Şirinov çıxış yolu axtarmağa çalışır.

Məlumatda o da qeyd olunur ki, Ənvər Seyidəliyev əvvələr ayrılan vəsaitlərin 25 faizini özünə götürürdü və bu baxımdan ciddi problemlər yaşanmırdı. Səlim Müslümov nazir kürsüsünə oturduqdan sonra isə Ənvər Seyidəliyev ayrılan vəsaitlərin yarısın özünə götürməyə başlayıb.

Mənbə idda edir ki, Ənvər Seyidəliyevin pula bu cür susamasının arxasında Bakı şəhərində iki dəbdəbəli villa və bir obyekt tikdirməsi dayanır. Həmin obyektləri dövlət vəsaiti hesabına tikdirən icra başçısı öz villarının keyfiyyətli tikintisi üçün hər şey edir. Amma buna görə Ağsuda aparılan abadlıq işləri keyfiyyətsiz və tam qüsurlu həyata keçirilir.

Məlumatda o da qeyd olunur ki, Ənvər Seyidəliyevin 2 il öncə çəkdiyi 25 kilometrlik Ağsu-Çaparlı-Bağırli yolu artıq dağılmağa başlayıb. Buna görədə icra başçısı 12 saylı Yol İstismar İdarəsinin rəhbərinə göstəriş verib ki, bütün gücü ilə həmin yolun dağılmasının qarşısını alsın.

Yazıda adı keçən şəxslərin mövqyeini dərc etməyə hazırıq…