Masallıda yük maşınında ölən uşaq
21-05-2014, 10:20
Oxunub: 2 909
Onun ölümünə öz inadkarlığı səbəb olub. Atasının və sürücünün sözünə baxmayan 13 yaşlı uşaq yıxılaraq ölüb.
Kənd sakini, 13 yaşlı Orxan Xalıq oğlu Babayev atası ilə birgə onlara məxsus ərazidə bağladıqları ot bağlamalarını, Lənkəran rayonunun Separadi kənd sakini Tarverdi Məmmədovun idarə etdiyi 66 BE 731 "Zil" markalı avtomobilinə yükləyiblər.
Orxan Babayev yüklə dolu avtomobilin üstünə çıxaraq orada gedəcəyini bildirib. Sürücü və atası onu avtomobilin yük yerindən aşağı salmağa çalışsalarda bu, mümkün olmayıb. Bu zaman avtomobil hərəkət edərkən maşının yük yerindəki ot tayasının üstündə oturan 13 yaşlı Orxan müvazinətini itirərək başı üstə yerə yıxılıb.
Hadisə yerinə dərhal Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Masallı Regional Şöbəsinin həkim briqadası cəlb olunub, lakin baş-beyin nahiyəsindən xəsarət alan Orxanın həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı rayon hüquq mühafizə orqanları tərəfindən araşdırmalar davam etdirilir.
Çox Oxunanlar
- 17-04-2024, 10:13 : Hadı Rəcəblinin dəfn yeri açıqlandı
Gündəm
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 20-04-2024, 15:57 : Cavanşir Məmmədovla vida mərasimi keçirilir
Şou-Biznes
- 11-05-2024, 17:48 : Bakıda daha bir YENİLİK
Xəbərlər / Ölkə
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 18-04-2024, 17:24 : Rəqsanə İsmayılovanın əmlaklarına həbs qoyulub? - AÇIQLAMA
Şou-Biznes
- 1-05-2024, 17:35 : Ermənistanda yeniyetmə minaya düşdü
Dünya / Xəbərlər
- 27-04-2024, 17:55 : Şeytan çarxı fəaliyyətini dayandırıb?
Xəbərlər / Ölkə
- 30-04-2024, 14:11 : “Qarabağ” - “Neftçi” oyununun stadionu dəyişdirilib
İdman