BolgeXeber.Com » Bölgə » Tovuzda sakinlərin şikayəti icra başçısını maraqlandırmır-VİDEO

Tovuzda sakinlərin şikayəti icra başçısını maraqlandırmır-VİDEO

21-05-2014, 22:20
Oxunub: 3 685 Tovuz rayonu Dondarquşçu kənd sakinləri ayağa qalxıb.

Belə ki, Bolgexeber.com bildirir ki,rayon sakini həmçinin Qarabağ əlili sayılan şəxs deyir ki, "Tovuz rayonun icra orqanları,eləcə də bələdiyyə sədrləri özlərini qaldırıb,qoyublar dağ başına.Qəbullarına düşmək nədir heç onlara yaxınlaşıb,salam vermək belə mümkün deyil.Deyirlər ki,"burda bizik,Bağdadda kor xəlifə".Bizləri adam yerinə qoyub,şikayətlərimizə baxmırlar.Əksinə bizi harda gördülər deyirlər ki,torpaqlarınızı bizə satın.Cənab prezidentdən xahiş edirik,səsimizə səs versin.Belə şey olmaz,suyu,torpağı da satırlar."O, həmçinin onu da qeyd etdi ki,"biz kənd təsərrüfatı ilə məşğuluq ancaq öz əməyimizin bəhrəsi olan kartofu,soğanı bizə satmağa icazə yoxdur.Deyirlər arayış gətirin,sonra satın.Arayışların qiyməti də od tutub,yanır.

Digər bir sakin isə onu bildirdi ki,"nə işığımız,nə suyumuz düz-əməlli işləmir.Dəfələrlə müraciət etmişik.Ancaq bizi dinləyən kimdir.Öz bildiklərini edirlər".

Hər halda görünən odur ki,Tovuz rayonunda özbaşınalıq pik həddə çatıb.Məhz buna görə də,insanların səbr kasası dolub,daşır.Heyif ki,əksər məmurlar yalnız vəzifəyə gələn zaman dedikləri yalançı vədlərlə kifayətlənirlər."Vəzifənin şirinliyi"sonradan hər şeyi unutdurur.

Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.

BOLGEXEBER.COM