BolgeXeber.Com » Bölgə » Sabirabadın baş həkimi şikayətçini dəli adlandırdı

Sabirabadın baş həkimi şikayətçini dəli adlandırdı

22-05-2014, 13:15
Oxunub: 3 284 Əziz Mikayilov əlində heç bir əsas olmadan xəstəni dəli adlandırdı.

2 gün əvvəl Bolgexeber.com-a Sabirabad rayon Mərkəzi Xəstəxanasının baş həkimi Əziz Mikayılov haqqında şikayət ərizəsi daxil olmuşdu.Şikayətçi olan Ruhiyyə Baladadaş qızı Əliyeva baş həkimin işindən narazıçılığını bildirmişdir.Şikayətçi xanımın sözlərinə Əziz Mikayılov ondan 400 manat pul alaraq, kor bağırsağından əməliyyat etmişdir.Nəticədə isə yaranın yeri şişmiş,ayaqlarında müxtəlif ağrılar yaranıb.

Bu gün isə baş həkim məsələ ilə bağlı redaksiyamıza zəng edərək fikir bildirdi. Onun sözlərinə görə, şikayətçi olan Saatlı rayon sakininin ruhi əqidəsində problemlər var.
Əməkdaşlarımız baş həkimin xəstəsi olmuş bu şikayətçinin iddia etdiyi psixoloji vəziyyətini təsdiq edəcək hər hansı bir sənədin olduğunu soruşduqda isə Əziz Mikayılov telefonu üzümüzə bağladı.

Araşdırmalarımız davam edir.
BOLGEXEBER.COM