BolgeXeber.Com » Bölgə » Vergi rəisi vəzifəsini icra edə bilmir

Vergi rəisi vəzifəsini icra edə bilmir

22-05-2014, 14:35
Oxunub: 4 477 Elçin Kazımlı Beyləqandan baş götürüb qaçmaq istəyir


Beyləqan Rayon Vergilər İdarəsinin rəisi, millət vəkili Xanhüseyn Kazımlının qardaşı oğlu Elçin Kazımlı Beyləqan rayonu ərazisində fəaliyyət göstərən qum-çınqıl mədənlərindən “mədən vergisi”ni alıb dövlətə ödətdirə bilmir. Beyləqandakı mənbələrdən bizə daxil olan məlumata görə, E.Kazımlı dəfələrlə karxana sahiblərindən dövlətə ödəniləsi “mədən”vergisinin ödənilməsini tələb etsə də, bu mümkün olmur. Mənbənin sözlərinə görə, Beyləqan rayonu ərazisindəki bu karxanalar bu gün vəzifədə olan müəyyən şəxslər tərəfindən idarə olunur ki, həmin şəxslər də “mədən”vergisindən öz səlhiyyətlərindən istifadə edərək yayına bilirlər.Məlumatlı mənbənin sözlərinə görə, bu gün həmin karxanaların dövlətə vergi olaraq milyonlarla manat borcları var ki, bu vəsaitin toplanıb dövlət büdcəsinə keçirilməsində Elçin Kazımlının qarşısına yekə bir daş yuvarlandırılıb. Amma Vergilər Nazirliyi də E.Kazımlıdan verginin toplanmasını tələb edir. Bu işin sonunun necə olacağı bilinməsə də, Elçin Kazımlının hayına əmisi Xanhüseyn Kazımlının çatıb-çatmayacağını demək çətindi. Ən azından hörmətli millət vəkilimiz həm adından,eyni zamanda da millət vəkili statusundan istifadə edib həm vəzifə tutan məmurları, həm də Beyləqandakı karxanalara nəzarət edənləri yola gətirmə imkanları böyükdü.