Gəncə Səhiyyə İdarəsi müdirinin korrupsiya piradiması
28-05-2014, 09:55
Oxunub: 3 687
Mehman Rzayevin təkcə UZİ aparatlarından aylıq qazancı 30 min manatdır
Bir müddət əvvəl Gəncə şəhər Səhiyyə İdarəsinin müdiri Mehman Rzayevin Gəncədə fəaliyyət göstərən xəstəxanalardan hər ay topladığı aylıqların siyahısını təqdim etmişdik. Həmin yazı dərc olunduqdan sonra Gəncə şəhər Səhiyyə İdarəsinin müdiri Mehman Rzayevlə bağlı redaksiyamıza yeni ilginc informasiya daxil olub.
Məlumat verən mötəbər mənbəmiz iddia edir ki, Səhiyyə İdarəsinin müdiri yerli xəstəxanalarda fəaliyyət göstərən UZİ apartalarına aylıq 2000 manat hesab qoyub. Daxil olan məlumatda bildirilir ki, Gəncə xəstəxanalarında 15 UZİ aparatı fəaliyyət göstərir və Mehman Rzayevin təkcə UZİ aparatlarından aylıq qazancı 30 min manatdır.
Qeyd olunur ki, Səhiyyə İdarəsi müdirinin xəstəxanalarda UZİ aparatlarına qoyduğu aylıq hesab bir çox baş həkimin narazılığına səbəb olsa da, sonucda Mehman Rzayevlə razılaşmağa məcbur olublar. Daxil olan məlumata əsasən Mehman Rzayevin digər əsas gəlir mənbələrindən biri də xəstəxana və poliklinikaların adına yazılıan dəftərxana ləvazimatlarının alınması maxinasiyasıdır. Belə ki, ötən il Mehman Rzayevin dəftərxana ləvazimatı almaq adı altında dövlətin 350 min manatını mənimsədiyi iddia olunur. Mehman Rzayev xəstəxanalara, poliklinikalara dəftərxana ləvazimatlarının alınması üçün ayrılan vəsaitləri sənədləşdirərək nəqdləşdirir və bu zaman xəstəxana rəhbərlərindən dəftərxana ləvazimatlarını öz pulları hesabına almağı tələb edir.
Bundan başqa səhiyyə idarəsi müdirinin əsas korrupsiya işlərindən biri də xəstəxanaların və poliklinikaların cari təmiri ilə bağlıdır. Məlumatlı mənbə iddia edir ki, Mehman Rzayevin cari təmirləri əsasən xəstəxana otaqlarının rənglənməsi və poliklinikaların həyətlərinin kosmetik düzəldilməsindən ibarətdir. Halbuki hər il cari təmirlərə nə az, nə çox təxminən 500 min mantdan artıq vəsait ayrılır. Ancaq səhiyyə idarəsinin rəisi həmin vəsaitin çox hissəsini mənimsəyir və yenə də xəstəxana rəhbərlərindən öz daxili imkanları hesabına kosmetik təmir işləri aparmağı tələb edir.
Buna etiraz edənlər isə işlərindən olacaqlarını yaxşı bilirlər. Çünki Gəncədə hamı Mehman Rzayevin Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin yaxın dostu olduğunu yaxşı bilir. Elə ona görə də Mehman Rzayevin Gəncədə qılıncının dalı da, kəsir qabağı da. Məlumatlı şəxs bildirir ki, səhiyyə idarəsinin müdiri əldə etdiyi yüzminlər sayəsində Gəncə şəhərində bir neçə iri obyektə, Göygöldə dəbdəbəli imarətə, mağazaya sahib olub. Hətta Bakının Binəqədi rayonunun Mehdiabad qəsəbəsində Mehman Rzayevin milyonluq villasının olduğu bildirilir.
Qeyd edək ki, redaksiyamıza Gəncə Səhiyyə İdarəsinin müdiri Mehman Rzayevin xəstəxanalarda və poliklinikalarda yüzminlik ərzaq maxinasiyaları ilə bağlı da məlumatlar daxil olub (azerinfo.org).
Çox Oxunanlar
- 31-05-2025, 17:55 : Braziliyalı futbolçu yeni kluba keçir
İdman / Xəbərlər
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 30-05-2025, 16:45 : DİQQƏT- Bu cərimələr artırıldı
Sosial / Xəbərlər
- 31-05-2025, 11:51 : Məşhur müğənni qəzaya düşüb
Şou-Biznes / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər