BolgeXeber.Com » Bölgə » Qazax rayon təhsilində korrupsiya baş alıb gedir

Qazax rayon təhsilində korrupsiya baş alıb gedir

28-05-2014, 16:20
Oxunub: 3 156 Məlumatlarda şöbə müdiri müəllimlərin dərs saatlarını süni şəkildə şişirtməklə və onların halal maaşlarını əllərindən almaqla hər ay külli miqdarda pul qazandığı bildirilir

Azerinews.tv bildirilir ki, təhsil şöbəsi müdirinin göstərişi ilə kənd məktəb direktotları 100-ə yaxın şagirdi rəhbərlik etdikləri məktəblərdə qeydiyyata alınıb. Həmin şagirdlərin bir hissəsi Bakı şəhərində imkanlı ailələrin, bir hissəsi isə rayon idarə və müəssisə rəhbərlərinin övladlarıdır. Qeyd olunan şagirdlərin adları Qazax məktəblərində getsədə əslində onlar özəl hazırlıq kurslarında ali məktəblərə hazırlaşırlar. Daxil olam məlumatlarda qeyd edilir ki, təhsil şöbəsinin müdirinin maxinasiyaları bunula bitmir. Başqa bir maxinasiya isə kənd məktəblərində işləyən müəllimlərin dərs saatlarının şişirdilməsidir. Belə ki, Əhməd Dərgahquliyevin “dərs şişirtmə” əməliyyatına məktəb direktorları köməklik göstərir. Direktorların bu işdə çıxarı isə bəzi müəllimlərin adlarına şişirdilmiş əmək haqqlarını almalarıdır. Məlumata əsasən Qazax və kənd məktəblərində işləyən müəllimlərin təxminən yarıdan çoxunun dərs saatları şişirdilib və buna görə ay ərzində şöbə müdirinə 15 minə yaxın vəsait çatır. Belə demək olarki, rayon təhsil müdiri Təhsil Naziri Mikayıl Cabbarovun sözünü bu qulağından alıb o biri qulağında burağır. Naziri saya salmayan təhsil şefinin əsas iş mexanizmi rüşvət üstündə qurulduğu üçün təhsillə məşğul olmağı tamamı ilə yaddan çıxarıb.
Qaynaq onu da bildirir ki, Rayon sakinlərini boğaza yığan təhsil müdiri ondan narazı olan valideynlərə və müəllimlərə hədə gələməkdən belə çəkinmir.
Təhsil şöbəsi müdirinin həyata keçirdiyi bütün maxinasiyalarda şərik olduğu şəxs kimdi?

Təhsil şöbəsi müdiri dəvtərxana, paltar, ərzaq, yumşaq və bərk mebel və sair xərclər, həmçinin başqa əməliyyatları ilə bağlı redaksiyamıza göndərilən məlumatlar araşdırılır, növbəti saylarımızda oxucularımıza təqdim edəcəyik.

Qarşı tərəfin mövqeini dərc etməyə hazırıq.

Qarşı tərəfin mövqeini dərc etməyə hazırıq.