BolgeXeber.Com » Bölgə » Hafiz Məmmədov azərbaycanlı məmurları Fransa prezidenti ilə hədələyirmiş

Hafiz Məmmədov azərbaycanlı məmurları Fransa prezidenti ilə hədələyirmiş

4-06-2014, 16:30
Oxunub: 3 567 Adı müxtəlif qalmaqallarda hallanan iş adamı Hafiz Məmmədov haqqında Bolgexeber.com-un redaksiyasına ilginc məlumat daxil olub.
Etibarlı mənbə bildirir ki, “Bank Of Azerbaijan” ətrafında baş verən olaylar H.Məmmədov üçün böyük problemlər yaradıb və onun bu dəfə Azərbaycandan getməsi təsadüfi deyil: “Hafiz Məmmədov heç vaxt bankla maraqlanmayıb. Elə özünün də dediyi kimi ləğv etdiyi və yaratdığı filialların heç adını da bilmir. Ona təklif olunmuşdu ki, “Bank Of Azerbaijan”ı satsın. Amma o özündən razılıq elədi. Ardınca da bankda likvidlik problemi yaşandı”.
H.Məmmədovun Madridə getməsinin təsadüfi olmadığını deyən mənbə qeyd edir ki, Ziya Məmmədovun oğlu Anar Məmmədovla onun arasında böyük problem var: “Anar Məmmədov onu Qaraat Holdinqin binasından çıxarandan sonra münasibətləri tamam soyuyub. Bankı satmaqla bağlı təklifə yox deməsi isə, ona qarşı iki qat zərbə olub. Ona vaxt qoyulmuşdu, elə indi də vaxtı bir az uzadıblar. Qol çəkib bankı, səhmlərini tamamilə təhvil verməlidir. Xaricə də ona görə qaçdı ki, vaxtı uzatsın, fikirləşsin”.
Mənbə H.Məmmədov haqqında daha bir informasiya verdi: “Fransa prezidentinin Azərbaycana səfərə gəlməsi Hafiz Məmmədovu az da olsa təhlükədən qurtardı. H.Məmmədov azərbaycanlı məmurları Fransa prezidenti ilə hədələyirdi. Elə bundan sonra özünə daha böyük problem yaşatmışdı”.
Bolgexeber.com