BolgeXeber.Com » Bölgə » Nazirlər Kabinetindəki məmurun qızını belə döydülər - (Təfərrüat, Video+Fotolar)

Nazirlər Kabinetindəki məmurun qızını belə döydülər - (Təfərrüat, Video+Fotolar)

7-06-2014, 15:05
Oxunub: 3 303 Raul Kazımov mətbuatı aldadıb?

M.Nəsirova bildirir ki, təxminən 9 il Lyudmila Kazımova başda olmaqla, ailənin bütün kaprizlərinə dözüb və nəhayət, hadisələr pik həddə çatandan sonra - 2013-cü ilin noyabr ayında məcburən bu barədə atasına məlumat verib.

Raul Kazımov mətbuatı aldadıb?

Keçmiş həyat yoldaşı deyir ki, Raul Kazımovun məsələ ilə bağlı mediaya dedikləri dezinformasiyadır: “O məni elə təqdim edib ki, özümü nazir, yaxud deputat qızı kimi hiss etdim”.


2013-cü ilin noyabrından 2014-cü ilin martına qədər davam edən bu gərginlik onunla nəticələnib ki, tərəflər Gəncə Şəhər Polis İdarəsində üz-üzə gəliblər. Polisdə uşaqların iki ay atasıyla qalmağına razılıq əldə edilib. Razılaşmaya görə, may ayında -dərs ili bitəndən sonra Məryəm Kazımova Şəmkirə - Raul Kazımovun evə gedərək övladlarını Bakıya, yay tətilinə gətirməliymiş. Amma: “Uşaqları gətirmək üçün Şəmkirə getdim. Evə çatan kimi qaynanam Lyudmila Kazımova qışqırmağa başladı ki, “Rauf, Natellanı oğurlayırlar”. Hay küy düşdü. Qızımı səs-küydən kənarlaşdırmaq istəyəndə üstümə hücum çəkdilər, sonra məni döyməyə başladılar. Paltarlarımın cırıq-cırıq edildiyi, özümə yetirilən xəsarətlər sizə göndərdiyim videoda və fotolarda əksini tapıb. Yalnız bundan sonra qardaşlarım məni müdafiə etmək üçün araya girdilər. Yəni hər şey onların dediyi kimi baş verməyib və Rauf Kazımovun müəyyən xəsarətlər alması qardaşlarımın məni müdafiə etməsi anında baş verib”.



Teyyub Nəsirov yeznəsini işə düzəldibmiş

M.Nəsirova atasının adının bu məsələdə hallanmağını istəməsə də, bildirir ki, Raul Kazımovu məhz Teyyub Nəsirov Sərhəd Qoşunlarına işə düzəldibmiş: “Mənim atam Teyyub Nəsirovun bu məsələlərə heç bir aidiyyəti yoxdur və onun adının hallanmasını istəmirəm. Çox təəssüf ki, ailə qurandan sonra Raulun “ana uşağı” olduğun bildim. Mənim atam onu Sərhəd Qoşunlarına işə düzəltdi. Bu da onun “çox sağ ol”udur. Biz artıq Şəmkir polisinə şikayət etmişik, məsələ araşdırılır. İzahat da vermişik. Qarşı tərəf də polisə müraciət edib”.