BolgeXeber.Com » Bölgə » Qusar sakinləri icra başçısı Şair Alxasovdan narazıdır

Qusar sakinləri icra başçısı Şair Alxasovdan narazıdır

7-06-2014, 17:45
Oxunub: 4 603 Bir qrup Qusar rayon sakini ölkə başçısı cənab İlham Əliyevə müraciət edib. Sakinlər öz müraciətində qeyd edir ki, Şair Alxasov vəzifədə olduğu 5 il müddətində özünə yaxın olan şəxslərin adına xeyli sayda mağaza, kafe, aptek, bazar tikdirib.Qafqaz Xəbər Agentliyi (qafqaznews.org) bildirir ki, Alxasovun yaxın ətrafı rayonda böyük torpaq sahələrini özəlləşdirib, bəzi məktəblərin meyvə sahələrini ələ keçirib. Müraciətdə icra başçısının xeyli yaşıllıq sahəsini və ağacları məhv eləməsi də qeyd olunur.

Sakinlər bildirir ki, bu barədə dəfələrlə Prezident Administrasiyasına müraciət etsək də heç bir cavab almamışıq.
Bolgexeber.com