BolgeXeber.Com » Bölgə » Sumqayıtda Yaşıldərə susuzluqdan imdad diləyir

Sumqayıtda Yaşıldərə susuzluqdan imdad diləyir

9-06-2014, 16:20
Oxunub: 3 669 Yaşıldərə qəsəbəsində susuzluq problemi öz həllini tapmır.


Bu barədə, redaksiyamıza qəsəbə sakinlərindən həm yazılı, həm də telefon zəngilə şikayət daxil olub. Həmin şikayətin birini sizə təəqdim edirik:

“2 gündür su gəlmir. Bilmirik harasa satırlar, nə edirlər. Zəng eləmişik sahəyə baxan kuratora deyir ki, heç idarə də bilmir ki niyə kəsilib. Ərazi üzrə mühəndis isə deyri ki, camaat suyu pərakəndə çəkib, ona görə bilmirik. Mən də deyirəm ki, axı biz sayğac üçün kod almışıq , sayğac qoydurmuşuq, su pulu ödəyirik evdə körpə uşaqlar var. Lakin kimə nə deyirsən?! Ərazidə yaşayan sakinlər deyir ki, 420 manat verib su çəkdirmişik, bundan başqa kod açdırıb, sayğac qoydurmuşuq. Hər bir şeyini özümüz etmişik. Niyə suyumuz gəlməsin ki?”

Məsələnin nə dərərcədə düz olub-olmamasını araşdırmaq üçün Sumqayıt şəhər Su İdarəsi ilə əlaqə saxladıq. İdarənin sözcüsü Elnur müəllim də XeberLent.az-a agentliyinə bunları dedi:

“Bəli, sakinlər düz deyirlər, artıq neçə vaxtdır ki, adıçəkilən qəsəbədə su zəif gəlir. Bunun günahkarı isə biz yox, elə qəsəbə sakinlərinin özləridir. Düzdür, qəsəbəyə verilən suyun ana xətti böyük həcimli borudan ibarət deyil, lakin suyun zəif gəlməsi və gəlməməsi bundan ibarət deyil. Bunun günahkarı elə orada yaşayan sakinlərin özləridirlər. Belə ki onlar, su xəttini qeyri-qanuni şəkildə deşərək hərə bir su çəkir. Nəticədə suyun təzyiqi azalır və sakinlərə su zəif həddə gəlir çıxır və bəzən də heç gəlmir. Artıq həmin ərazidə sakinlərin sularına sayğac quraşdırılır və tezliklə bu problem öz həllini tapacaq. Mən sizə söz verirəm ki, bu problem bir maksimum iki aya aradan qaldırılacaq. Bu gündən, yaşıldərəyə verilən suyun təzyiqi də çoxaldılacaqdır”.

Qeyd edək ki, 11-ci mikrorayonun arxası, fermanın yanı, xıdırlı orta məktəbinin ətrafında olan evlərdə iki gündür su gəlmir.
Bolgexeber.com