BolgeXeber.Com » Bölgə » AMİ-nin Salyan filialında rüşvətə etiraz

AMİ-nin Salyan filialında rüşvətə etiraz

9-06-2014, 17:05
Oxunub: 4 545 Aqiyə Naxçıvanlının rəhbərliyi altında olan daha bir təhsil ocağında kadr dəyişikliyi AMİ-də korrupsiya və rüşvətxorluğun qarşısını ala bilmədi

Azərbaycan Müəllimlər İnstitutu ölkənin təhsil sistemində hələ də qara yara olaraq qalmaqda davam edir. Saxta diplom işlərində davamlı olaraq adı çəkilən AMİ-nin filiallarında son bir ildə kadr dəyişiklikləri aparılsa da, aparılan dəyişikliklər nə bu təhsil ocaqlarında korrupsiyanın ortadan qalxmasında, nə də təhsilin səviyyəsində heç bir dəyişikliyə yol açmadı. Təqribən bir il əvvəl saxta diplom və korrupsiya faktları ilə bağlı direktoru dəyişdirilən AMİ-nin Salyan filialı da olub. Bəs bu gün bu təhsil ocağında vəziyyət necədi?

Azerinfo.orga-a AMİ-nin Salyan filialında təhsil alan tələbələrdən daxil olan məlumata görə Şəhla Cəlilzadənin filiala direktor təyin olunmasından sonra burda demək olar ki, heç bir ciddi dəyişiklik olmayıb. Hər halda bir il bundan əvvəl tələbələrdən necə rüşvət alırdılarsa, yenə də alırlar. Amma daxil olan məlumata əsasən Şəhla Cəlilzadə tələbələrdən rüşvət yığılma məsələsində bir istisnaya yol verib. Bu istisna isə ondan ibarətdir ki, Şəhla Cəlilzadə 1-ci kurs tələbələrindən imtahan pulu almamağı əmr edib. Xanım direktorun hansı səbəbdən belə bir istisnaya yol verməsi haqqında daxil olan məlumatda heç bir şey deyilməsə də, bildirilir ki, bunun müqabilində ikinci, üçüncü və dördünsü kursda oxuyan tələbələrin imtahan pulu nisbətən qaldırılıb. Görünür xanım direktor bu yolla birinci kurs tələbələrinə göstədiyi ayrıcalıqdan düşdüyü «ziyanı» qapatmaq istəyir. Hazırda ikinci, üçüncü və dördünsü kursda oxuyan tələbələrin hər birindən istisnasız minimum 200 manat rüşvət alırlar. Bu pulu verməyənlər isə qiymət almaqdan məhrum olunur. Hətta tələbənin savadı olsa belə.

Tələbələrdən daxil olan məlumatda göstərilir ki, rüşvət pullarını Şəhla Cəlilzadəyə yaxınlığı ilə tanınan tədris işlər üzrə müavini Təranə xanım və ibtidai sinif fakultəsinin dekanı Flora xanım yığır. Digər fakültələrdə də toplanan pullar bu iki xanıma çatdırılır.

Bundan başqa bildirilir ki, Şəhla Cəlilova həmçinin tələbələrdən «qayıb» pulu da toplayır. Hər bir «qayıb günə» görə fakültə dekanları tələbələrdən 5 manat alırlar.

Həmçinin tələbələr onu da bildirir ki, filialda gestapo rejimi yaradan Şəhla Cəlilzadənin qəbuluna düşmək müşkül məsələdir. Heç bir halda direktor tələbələri qəbul edib onları dinləmir və tələbələrə yuxarıdan aşağı baxır. Xanım direktorun tələbələrə yuxarıdan aşağı baxmasının səbəbi isə özünü ciddi və qorxunc xanım kimi təqdim etmək istəyindən irəli gəldiyi bildirilir.

Qarşı tərəfin mövqyeini dərc etməyə hazırıq…
Bolgexeber.com