BolgeXeber.Com » Bölgə » Qubada müavin xanım icra başçısının adından saxta sənədləri təsdiqləyib

Qubada müavin xanım icra başçısının adından saxta sənədləri təsdiqləyib

11-06-2014, 10:45
Oxunub: 2 900 Saxta sənədlərlə sotu 8 000 manata torpaq sahələri satılıb

Qubada həyata keçrilən saxtakarlıqlarla bağlı ilginc məlumatlar daxzil olub. Məlumatda bildirilir ki, Quba rayonunda icra başçısının "bəzi" səlahiyyətlərini Afət xanım, Nəsrulla Vəliyev birgə həyata keçirir. Mətləbə keçməzdən öncə bildirək ki, Nəsrulla Vəliyevin bir müddət əvvəl sahib olduğu "QOŞABULAĞ" restoranında nələrin yaşandığı qismən də olsa rayon sakinlərinə bəllidir.
Lakin ən dəhşətlisi odur ki, Nəsrulla Vəliyev Afət xanımın köməkliyi ilə icra başçısı rayonda olmadığı halda imzasız sərəncamlar verərək saxtakarlığa yol vermişlər. Azerinews-ə daxil olan məlumatda bildirilir ki, saxta sənədlərlə həıyata keçrilən, sotu 8 000 manata Beyləqan, Bərdə və digər rayonlardan olan vətəndaşlara satılan torpaq sahələri rayonda qalmaqala səbəb olub. Bizə müraciət edən vətəndaşlar bildirir ki, Nəsrulla Vəliyev onlardan aldığı pulun müqabilində verdiyi torpaq əkin sahələri olduğu üçün elə narazılıq da bunda yaranıb. Deməli əkin sahələrin yaşayış ərazisi kimi göstərən icra başçısının etibarından sui-istifadə edən Afəf xanım Nəsrulla ilə əlbir olub. Vəzifə səlahiyyətlərindən istifadə edib vətəndaşların hüquqlarını tapdalamaq ən azından dövlətin qanunlarına qarşı çıxmaq deməkdir. Deyəsən bu şəxslər bunun fərqində deyil. Mövzuya qayıdacağıq, bizi izləyin.
Bolgexeber.com