BolgeXeber.Com » Bölgə » Keçmiş icra başçısının taleyi Mübariz Ağayevə görk olmayıb?

Keçmiş icra başçısının taleyi Mübariz Ağayevə görk olmayıb?

12-06-2014, 09:10
Oxunub: 2 536 Mübariz Ağayev Qubada dəyri milyondan artıq olan iki villa tikdirib

Qubanın keçmiş başçısı Rauf Həbibovun Qubada yaşadıqları hazırki icra başçısı Mübariz Ağayev üçün görk olmayıb. Əgər belə olmaydı Rauf Həbibovun villası Qubada yandırıldıqdan sonra yeni icra başçı Qubada birdən birə iki ehtişamlı villa inşa etdimrməzdi.

Qubadan Pia.az daxil olan məlumata görə Qubanın icra başçısı Mübariz Ağayev idarəsi altında olan rayonda özünə dəyəri milyon manatlarla ölçülən iki villa inşa etdirib. Belə ki, icra başçısı rayonun istirahət yerlərindən sayılan Qəçrəş və 2-ci Nüğədi kəndlərinin ərazisində dəbdəbəli, müasir dizaynda 3 mərtəbəli villalar tikdirib. Bildirilir ki, villaları görənlərin ağzı açıq qalır və villaların dizaynları həqiqətən də valehedicidir.

Daxil olan məlumatda göstərilir ki, Mübariz Ağayev istirahət günlərini məhz Qəçrəş kəndindəki imarətində keçirir. Çünki burda hər cür rahatlıq və istrahət üçün hər şərait var. villa müasir standartlara, Avropa dizaynı ilə tikilib və villanın ətrafında çoxlu sayda gözətçi izləmə kamerasının quraşdırıldığı bildirilir.

İcra başçısının Qəçrəş kəndindəki imarətinin həyətində bir neçə nadir heyvan növünündə saxlanıldığı və onlara xüsusi qulluq edənlərin olduğu qeyd olunur.

Məlumatlı şəxs bildirir ki, Quba icra başçısı Mübariz Ağayev iki villanın tikintisinə 1,6 milyon manata yaxın xərc çəkib. Vilların döşənməsi və bağçaya da yarım milyon manata qədər xərc çəkildiyi qeyd olunur.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…