BolgeXeber.Com » Bölgə » Təhsil naziri Şəmkirdəki adamından xəbərsizdirmi?

Təhsil naziri Şəmkirdəki adamından xəbərsizdirmi?

14-06-2014, 09:30
Oxunub: 3 209 Dövlət büdcəsindən hər il külli miqdarda pul Məcid Şıxlınskinin cibinə transfer olunur

Şəmkir rayon təhsil şöbəsinin mudiri Məcid Şıxlinski rayon maliyyə idarəsinin rəisi Nazim Məlikovla əlbir olaraq son 3 ildə dövlət büdcəsindən miylonlarla manat vəsait silib.

Bu barədə Pia.az-a Şəmkirdən daxil olan məlumatda bildirilir ki, Məcid Şıxlinski rayon maliyyə idarəsinin rəisi Nazim Məlikovla birləşərək hər il kənd məktəblərinin cari təmiri, muxtəlif avadanlıqların alınması adı altında dovlət budcəsindən yuz min manatlarla vəsait cıxardaraq mənimsəyirlər. Halbuki kənd məktəblərində ağadılma işlərindən başqa heç bir təmir işləri aparılmır.

Qeyd edək ki, Şəmkir rayon təhsil şöbəsinin nəzdində 9 şəhər , 8 qəsəbə, 61 kənd, umumilikdə isə 78 orta məktəb fəaliyyət göstərir. Bu məktəblərdə 3 mindən cox müəllim işləyir. Son 3 ildə rayon Təhsil şöbəsinə üst üstə 3 milyon manatdan cox vəsait (2012 ci il 560 min manat, 2013 cu il 1,4 milyon manat, 2014 cu il 1,2 milyon manat) ayrılıb. Amma Şəmkir şəhər və yeni təmir olumuş bəzi kənd məktəblərindən basqa hec bir məktəb normal olaraq fəaliyyət göstərmir.

Məlumatda qeyd olunur ki, Məcid Şıxlinskinin cari təmir maxinasiyası ilə bərabər Nazim Məlikovla birlikdə dövlət büdcəsindən əsas qazanc mənbələrindən biri də kənd orta məktəblərində işləyən bir cox muəllimlərin adına yazılan şişirdilmiş dərs saatlarıdır. Belə ki, gələcəkdə yüksək əmək haqqı ilə təqaüd almaq üçün bir cox müəllimlər direktorlarla saxta şişirdilmis dərs bölgüsü maxinasiyasına böyük həvəslə qoşulurlar. Şişirdilmiş dərs saatlarından əldə olunan gəlirin 70 faizi rayon təhsil şobəsinin mudiri Məcid Şıxlinskaya catır. Faktiki olaraq bu maxinasiyadan heç kim ziyanlı çıxmır. Sadəcə dövlət büdcəsindən hər il külli miqdarda pul Məcid Şıxlınskinin cibinə transfer olunur.

Məlumata əsəasən rayon təhsil şöbəsinin mudirinin basqa bir qazanc yeri isə kənd məktəblərində dərs deyən müəllimlərin bir coxunun adına yazılan psixalogiya dərsidir. Yəni Məcid Şıxlinski və onunla şərik olan bir cox məktəb direktorları psixalogiya fənnini özlərinə yaxın muəllimlərin adına yazdıraraq hər onların adı ilə kulli miqdarda əmək haqqı alırlar.

Xatırladaq ki, Məcid Şıxlınski 10 ildən artıqdır ki, Şəmkir təhsil şöbəsinə rəhbərlik edir. Bu müddətdə onun Şəmkir təhsilində, xüsusən kənd məktəblərində elə ciddi nailiyyətləri olmasa da, Məcid müəllimin korrupsiya sahəsində böyük nailiyyətləri və təcrübəsi oluğu hər şeylə göz qabağındadır.

Qeyd edək ki, Şəmkir Təhsil şöbəsinin mudiri Məcid Sıxlinskinin həyata kecirdiyi atestat, yeni muəllim təyinatə, dəftərxana və digər maxinasiyaları ilə baglı redaksiyamıza daxil olan ilginc korrupsiya məlumatlarını arasdırdıqdan sonra oxucularımıza təqdim edəcəyik.

Qarşı tərəfin mövqyeini dərc etməyə hazırıq…