BolgeXeber.Com » Bölgə » Quba təhsilində vəzifələr hərraca çıxarılıb?

Quba təhsilində vəzifələr hərraca çıxarılıb?

15-06-2014, 11:45
Oxunub: 2 860 İcra başçısının kadrı təzə təhsil müdiri Yusif Abidov işdən çıxartdığı məktəb direktorlarının yerlərinə yeni qiymətlər qoyduğu deyilir

Qubada vəziyyət gərgin olaraq qalır desək yanılmarıq. Azerinews.tv-yə daxil olan məlumatlarda bildirilir ki, icra başçısının həyata keçirdiyi rüşvət mexanizimi qubalıların baş ağrısına çevrilib . Daxil olan məlumatda, düzənli problemlər içində olan rayon təhsilinin başına növbəti rüşvətxorun gəldiyi bildirilir. Əvvəllər icra başçısın müavini və pulyığanı olmuş Yusif Abidov əli pula öyrəşdiyi üçün kreslosuna da pul kimi baxır deyən şikayətçilər rayon təhsilinin bu vaxta qədər belə ağırılı və acılı günləri olmadığını bildirirlər. Şikayətçilər onuda qeyd edirlər ki, Abidov keçirdiyi iclasda bir neçə məktəb direktorunu işdən çıxartdığını bəyan etmiş və qəbuluna tək-tək gəlmələrini bildirmişdir. Belə bir bəyanatın Abidov tərəfindən veririlməsinin rüşvətə söykəndiyini deyən şikayətçilər, rayon və kənd məktəblərinin boş qalmış yerlərə xüsusu qiymətər qoyulduğu da onlar tərəfdən gizlədilmir. Daxil olan ən son məlumatda oda bildirilir ki, Yusif Abidov uzun illərdir təhsil şöbəsində xəzinədar işləyən Hacı adlı şəxsidə vəzifəsində uzaqlaşdırıb yerinə yaxını deyilən- xanım təyin edib...
Mövzuya qayıdacağıq, bizi izləyin.
Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.