BolgeXeber.Com » Bölgə » Sabirabad camaatı ayağa qalxır?-Etiraz

Sabirabad camaatı ayağa qalxır?-Etiraz

26-06-2014, 10:50
Oxunub: 3 026 Susuzluqdan əziyyət çəkən kənd sakinləri bu barədə aidiyyəti qurumlara dəfələrə müraciət etsələr də bunun heç bir xeyri olmamışdır

Bolgexeber.com-a verilən məlumata görə Sabirabadın Nəsimi ,Çöldəllək,Rüstəmli və Nizamikənd kəndlərinin sakinləri ayağa qalxıb. Bildirlir ki, buna səbəb onların əkib-becərdiyi 250 hektardan çox pambıq sahələrinin susuz qalmasıdır.Pambıqçılıqla məşğul olan və gəliri bundan çıxan sakinlərin dediyinə görə onlar artıq neçə müddətdir pambıq əkdikləri sahəni suvara bilmirlər. Susuzluqdan əziyyət çəkən kənd sakinləri bu barədə aidiyyəti qurumlara dəfələrə müraciət etsələr də bunun heç bir xeyri olmamışdır.Kənd sakinlərindən birinin əməkdaşımıza bildirdiyinə görə əgər yaxın zamanda onların su problemi həll olunmazsa adları çəkilən kəndlərin sakinləri icra hakimiyyəti binasına yürüş etmək məcburiyyətində qalacaqlar.Məsələni gündəmdə saxlayacağıq.
Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
Bolgexeber.com