BolgeXeber.Com » Bölgə » Kürdəmirdə 26 İyun –Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü qeyd olunmuşdur

Kürdəmirdə 26 İyun –Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü qeyd olunmuşdur

27-06-2014, 11:55
Oxunub: 3 486 İyunun 26-da rayon ərazisində yerləşən “N” saylı Hərbi Hissədə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 96-cı ildönümü münasibətilə bayram tədbiri keçirilmişdir.
Tədbirdə rayon rəhbərliyi, gənclər, ziyalılar, rayonun mədəniyyət və incəsənət ustaları iştirak etmişlər.
İlk öncə “N”- saylı Hərbi Hissənin şəxsi heyyətini Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısınin İctimai-siyasi və humanitar məsələləri üzrə müavini Vəsilə Əsgərli salamlamış və rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərovun hərbiçilərə ünvanlanmış təbrik məktubunu oxumuşdur.
Çıxışlarda dərin razılıq hissi ilə qeyd olunmuşdur ki, Azərbaycanda ordu quruculuğu işi 1993-cü ilin iyun ayında ,Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışından sonra baş tutdu.Azərbaycan ordusu Ümummilli Lider Heydər Əliyevin sərkərdəlik bacarığı sayəsində formalaşdı, qəhrəman, cəsur və döyüşkən bir orduya çevrildi. Bu gün, Azərbaycan ordusu Cənubi Qafqaz regionunun ən güclü , ən intizamlı və dünya standartları səviyyəsində təchiz olunmuş nəhəng hərbi qüvvəsi olmaqla , müasir tələblərə cavab verən , hərbi-texniki strukturlara, bacarıqlı hərbçi kadr potensialına malikdir.
Tədbir rayon Mədəniyyət və turizm şöbəsinin nəzdində fəaliyyət göstərən hərbi hamilik koordinasiya şurası üzvlərinin rəngarəng konsert proqramları ilə davam etdirilmişdir.
Tədbirdə rayon incəsənət ustalarından İbrahim Əliyev, Zamiq Kərimov, Nəsrulla Məmmədov və gənc istedad Ramil Rəhimli çıxış etmişlər.
Yekunda Hərbi Hissənin nümayəndələri çıxış edərək rayon rəhbərliyinə və musiqiçilərə, ümumilikdə tədbir iştirakçılarına öz dərin minnətdarlıqlarını bildirmişlər.