BolgeXeber.Com » Bölgə » Elmar Vəliyev baş memarı təhqir edərək döyüb- İDDİA

Elmar Vəliyev baş memarı təhqir edərək döyüb- İDDİA

28-06-2014, 14:45
Oxunub: 2 522 Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev haqqında ilginc məlumat daxil olub

Bolgexeber.com cumhuriyyet.az-a istinadən bildirir ki, Gəncə şəhər icra hakimiyyətində bir müddət öncə E.Vəliyevlə baş memar Əli Rüstəmli arasında insident baş verib. Daha doğrusu icra hakimi baş memara bərk qəzəblənib və onu vurub.
Mənbənin sözlərinə görə qarşıdurma şəhər icra başçısının Mixayılovkadakı villasına görə yaranıb: "Dəbdəbəli villası ilə bağlı nədənsə narazı olan mer baş memara oz narazılığını bildirib. Ə.Rüstəmli sakit tərzdə izahat vermək istərkən isə E.Vəliyevin qəzəbi daha da artıb və tabeçiliyindəki məmuru vurub."
Mənbə Elmar Vəliyevin sözügedən villası haqda da ətraflı məlumat verib: "Göygöl rayonun Mixayılovka və Yeni Zod kəndlərinin bələdiyyələrin sosial prespektivi üçün nəzərdə tutulan 3 ha torpaq sahəsi Elmar Vəliyev tərəfindən zəbt edilib. İki kənd Elmar Vəliyev burada özünə böyük bir qəsr tikdirəndə su üzünə həsrət qalıb. Hacıkənd istirahət mərkəzinə bitişik olan Alma bağı ərazisində kəndə gələn 4 km su boru xətti ancaq Elmar Vəliyevin villasının baseyininə axır." Elmar Vəliyevin Göygölün Mixaylovka və Yeni Zod kəndlərinin kəsişməsində olan villasının şəkilini təqdim edirik.

Qarşı tərəfin də mövqeyini təqdim etməyə hazırıq.