BolgeXeber.Com » Bölgə » Qazax Telekommunikasiyasında özbaşınalıq

Qazax Telekommunikasiyasında özbaşınalıq

30-06-2014, 17:10
Oxunub: 2 831 Bolgexeber.com doğru.tv -yə istinadən xəbər verir ki, “Aztelekom” İB-nin Qazax Telekommunikasiya Qovşağında problemlər azalmaq əvəzinə, cünbəgün artmaqdadır

Çünki, qovşağın rəisi Nizaməddin Məmmədov şəxsi mənafeyini dövlət mənafeyindən üstün tutur. Sabiq icra başçısı Əsəd Orucovun dövründə Gəncədən Qazağa “velosiped”lə gələın Nizaməddin Məmmədov hazırda sayagəlməz varidat sahibidir. Bu da onun aidiyyəti insanları aldatmaq, onları min cür yollarla özündən razı salmaq bacarığlndan irəli gəlir. Hələ, Məmmədov Telekommunikasiya qovşağına rəis gələrkən, təxminən 12-13 il bindan əvvəl 35 000 manata bina evindən mənzil alanda kişinin qatı korrupsioner olduğu çoxlarını sarsıtdı. Xidmətində olan dövlət maşınlarını şəxsi işləri üçün ayırdı. Evinə işməli suyu, ailə üzvlərini lazımi yerlərə aparıb-gətirilməsi, şəxsi təsərrüfatına “canlı və cansız” texnikalardan istifadə etməsi rəisin üzünə gün doğdurdu. Strateji əhəmiyyətli binaların özəlləşdirilməsi qadağan olduğu halada, telekommunikasiya qovşağına bitişik ikimərtəbəli binanın özəlləşdirilməsi və onun kirayəsindən gələn gəlirdən səmərəli istifadə edilməsi, Nizaməddin Məmmədovun birbaşa “qoçulugundan” xəbər verdi.
Məmmədov Qazağın Çaylı kənd ərazisindən əkin sahəsin üçün hektarlaarla torpaq alıb. 3 hektara yaxın sahəni üzüm bağına çevirib. Sahəni muzdlu fəhlələrin köməyi ilə beçərtdirir. Kişiyə xidmətində olan dövlət nömrə nişanlı maşınlar azmış kimi, qiyməti 70 000-ə yaxın olan “Land Qruzer” markalı minik avtomobili də alıb. Görəsən, bu qədəır vəsait bir idarə müdirindəı hardandır? Həkimdə və müəllimdə korrupsiya axtaranların diqqətindən niyə belə görünən məsələlır yayınıb?
Nizaməddin Məmmədov 2012-ci ildə qovşağın inzibati binasının dam örtüyünə ayrılmış 500.000 manat vəsaitdən də xeyli mənimsəyib. Hərçən ki, bu təmir nazirliyin hesabına olsa da, iş başa çatdıqdan sonra bina Qazağın olduğu üçün qiymətli formalara Nizaməddin Məmmədov da imza atıb.
Qazax əhalisinin, xüsuusilə də kənd sakinlərinin telefon xətlərində olan problemlər, bəlkə də heç bir rayonda yoxdur. Əhali bütün günü internet sistemindən şikayətlidir. Kənd yerlərində aylarla telefon xətləri işləməyənlər var. Elm və tenikanın inkişaf etdiyi bir zamanda, yəni kosmos əsrində belə özbaşınalıqlar dözülməzdir. Müvafiq orqanlar isə “qoçu Nizaməddin”in əli ilə çörək yediklərinə görə, bu barədə şikayətlərə rayonda baxan yoxdur. İş o yerə qalıb ki, kəndlərdə telefon xətləri ya işıq dirəklərinə, yaxud da lobya payasına bağlanıb. Səbəbi isə, Nizaməddin Məmmədovun kabel və dirəklərin satışından gələn gəlirləri şəxsi “torbası”na yığmaqdır.
P.S. Mövzuya aid müxtəlif səpgidə materiallar hədsiz çoxdur. Elə məsələlər də vardır ki, onlar Nizaməddin Məmmədovun tabeçiliyindəki işçi qüvvəsi ilə bağlıdır. Dəqiqləşdirdikdən sonra, mövzunu çapa verəçəyik