BolgeXeber.Com » Bölgə » Tovuzda yeni tikilən məktəb bərbad vəziyyətdədir-ŞİKAYƏT

Tovuzda yeni tikilən məktəb bərbad vəziyyətdədir-ŞİKAYƏT

3-07-2014, 11:40
Oxunub: 3 756 Sual olunur ,bəs gələcəkdə baş verə biləcək hansısa bədbəxt hadisəyə kim cavab verəcək?

Bolgexeber.com-a daxil olan məlumata görə Tovuz rayonunda 2013-cü ildən ildən təhvil verilməli olan C.Hüseynov adına Papaqçılar kənd tam orta məktəbi şəkildə göründüyü kimidir.Sakinlərin bildirdiyinə görə dövlət hesabına tikilən müasir məktəb daha çox müasir tövləyə oxşayır. Məktəbin ərazisi 1 hektar olduğu halda şagirdlərin demək olar ki, istirahət üçün yeri yoxdur.Yeni məktəbin həyəti belə yoxdur. Hər hansı yanğın və ya fövqəladə hal zamanı texnikanın əraziyə daxil olması mümkünsüzdür. Məktəbin damının əksər yerindən damır. İdman zalının üstüdə demək olar ki,tam açıqdır. Məktəbin yol tərəfdən çəkilən hasarı 2 dəfə tikildikdən sonra öz-özünə uçub və bundan sonra da bu hal çox güman təkrarlanacaq, sanitar (yeni basenya və istilik katelni) sistemi məktəbə bitişik tikilib. Deyilənə görə yeni tədris ilini şagird və müəllim heyyəti bu məktəbdə qarşılamalıdırlar. Amma şəkildən göründüyü kimi bütün işlər yarımçıqdır. Sual olunur ,bəs gələcəkdə baş verə biləcək hansısa bədbəxt hadisəyə kim cavab verəcək? Təbi ki, bütün bu şəraitsizlik tədrisin keyfiyyətində böyük problemlər yaradır.

Məsələ ilə bağlı məktəbin direktoru Qarayev Nüsrəddin ilə əlaqə saxladı və bu barədə açıqlama vermək istəmədi.

Rayonun müvafiq qurumlarından bu məsələ ilə bağlı cavab gözləyirik.

Məsələni gündəmdə saxlayacağıq.
Bolgexeber.com