BolgeXeber.Com » Bölgə » Mübariz Ağayevin adı qalmaqallarda hallandırılır

Mübariz Ağayevin adı qalmaqallarda hallandırılır

5-07-2014, 14:55
Oxunub: 2 743 Qubanın icra başçısının başı dərddə?

Dünən bir sıra mətbu orqanlarda yayılan məlumatlara görə, Quba rayon icra hakimiyyətinin başçısı Mübariz Ağayevin bir müddət əvvəl ayağından güllə ilə vurulması xəbəri təsdiqlənib. Qeyd edək ki, icra başçısının vurulması ilə bağlı xəbərlər bir müddət əvvəl ayrı-ayrı saytlarda yayılmışdı. Lakin bununla bağlı nə təsdiq, nə təkzib vardı. İcra başçısı Mübariz Ağayevlə bağlı olduqca maraqlı və sensasiya doğuracaq məlumatın yayılması həmin məmurun başının bir sıra problemlərə qarışması anlamına gəlir.

Sensasiya doğuran əsas səbəb icra başçısının rayonda radikal dini qruplaşma üzvlərinin hədəfinə gəlməsidir. İddia edilir ki, bir müddət əvvəl Mübariz Ağayev Qubada kök salmış radikal dini təşkilatların nümayəndələri ilə üz-üzə gəlib. Həmin münaqişəli vəziyyətdən dolayı qarşı tərəfin icra başçısına aqressiyası onların silaha əl atmasına səbəb olub. Yayılan xəbərlərdə qeyd edilir ki, həmin vaxt radikal cərəyanın üzvləri imkan taparaq icra başçısına güllə atıblar. Və nəticədə o, ayağından yaralanıb. Yaranın ağır olmaması səbəbindən Ağayev elə rayon xəstəxanasında müalicə olunub. Amma hadisə məhz onun göstərişi əsasında məxfi saxlanılıb. Məqsəd rayonda qarışıqlıq və ya hansısa neqativ halın yaşanmasının qarşısını almaq olub. Yeri gəlmişkən, Mübariz Ağayevin adı hallanan başqa bir ilginc məlumat da yayılıb. Həmin məlumata görə, Qubanın icra strukturlarında çalışan məmurlardan birinin rayonun tanınmış sahibkarına 450 min manat borcu var. Sahibkar həmin məbləğin verilməsi üçün icra hakimiyyətinin məmuruna bir ay vaxt verib. Mübariz Ağayev Qubanın bu cür xoşagəlməz hallara həssas olduğunu nəzərə alaraq öz işçisinə həmin məbləği tezliklə ödəməyi tapşırıb.http://gundelik-baku.com/