BolgeXeber.Com » Bölgə » Şamaxıda vətədaşın torpağını kimlər ələ keçirib? - Narazılıq var

Şamaxıda vətədaşın torpağını kimlər ələ keçirib? - Narazılıq var

7-07-2014, 11:45
Oxunub: 2 813 "Rayonda bələdiyyə sədrinin mənə qarşı olan haqzıslıqlara dözmək fikrində deyiləm"

Şamaxı rayon Nağaraxana kənd sakini İbrahimov Firyad Şahnəsib qızı tərəfindən şikayət məktubu daxil olub. Daxil olan məktubu olduğu kimi diqqətinizə təqdim edirik:"Sizə bu şikayət məktubunu yazmaqda məqsədim rayonda baş verən qanun pozuntularından və mənə qarşı məmur fironluğundandır. Şamaxının Nağaraxana kəndində 5,3 ha pay torpaq sahəsi dövlət tərəfindən mənə verilmişdir(Tam sənətlərlə). Torpağ yararlı olduğu üçün əkinçiliklə məşğul olurdum. Bir müddət keçdikdən sonra mənimlə qeyd edilən torpğ sahəsində qonşu olan Comərd adlı vətəndaş mənim torpağımı zəbt etdiyi üçün onunla qarşılıqlı razılaşma əsasında anlaşdıq. Və bizim anlaşmamıza əsasən kənd bələdiyyə sədri Eyvaz Hüseynov mənə digər torpağ sahəsi verməli idi. Lakin mənim savadsızlığımdan sui istifadə edərək bələdiyyə sədri Eyvaz Hüseynov və icra nümayindəsi Abi Həsənov əkinə yararlı olmayan yerdə torpağ ayırdılar. Bu barədə Şamaxı Rayon İcra Hakimiyyətinin Başçısı Asif Ağayevə dəfələrlə rəsmi müraciət etmişəm. Bütün bunları nəzərə alan icra başçısı bələdiyə sədri və icra nümayindəsinə göstəriş verdi ki, vətəndaşın problemi tezliklə həll edilsin. Mənim yanımda onlar başçıya söz verdilər ki, bu məsələ öz həllini tapaçaq. Əfsüslər olsun ki, Eyvaz Hüseynov və Abi Həsənov icra başçısını bu yollarla inandırırlar. Bir faktı da sizə deyim ki, bələdiyyə sədrinin dediyinə görə Comərd Əliyev ölkə başçısının əmisi oğludur. Tam səmimi deyə bilərəm ki, Comərd Əliyev mənə qarşı heç bir haqsızlığa yol verməyib. Əksinə Eyvaz Hüseynov onun adı ilə məni hədələyir. Rayonda bələdiyyə sədrinin mənə qarşı olan haqzıslıqlara dözmək fikrində deyiləm. Və xahişim odur ki, ölkə başçısı mənə köməklik etsin.

Sizdən xahiş edirəm ki, mənim yazdığım şikayət məktubunu, rəhbər olduğunuz Dosye.az saytında yayımlayasınız. Əvvəlcədən sizə təşəkkürümü bildirirəm". dosye.az