BolgeXeber.Com » Bölgə » Şabranda komendant saatı tətbiq olunur?

Şabranda komendant saatı tətbiq olunur?

7-07-2014, 13:20
Oxunub: 2 801 Şabran şəhərində qeyri-rəsmi olaraq "komendant saatı" tətbiq olunub

Avropa.info-nun əldə etdiyi məlumata görə, Şabran rayonunda polis və icra hakimiyyəti artıq 1 həftədir ki, yeni qayda qoyub. Qaydaya görə, gecə saat 12:00-dan sonra heç bir restoran, kafe, çay evləri, mağazalar və ümumiyyətlə, heç bir ticarət, xidmət, iaşə obyektləri işləyə bilməz.

Hətta gecə saat 12:00-dan sonra Şabran şəhərində sakinlərin küçədə durmasına, hərəkət etməsinə belə icazə verilmir. Bəzi hallarda öz avtomobilləri ilə sərbəst hərəkət edən sakinlər də polis tərəfindən saxlanılır. Bundan başqa, gecə saat 12:00-dan sonra ticarət obyektlərinin bağlanıb-bağlanılmadığını yoxlamaq üçün icra hakimiyyətinin və polisin səlahiyyətli nümayəndələri birgə reydlər həyata keçirirlər. Saat 12:00 da bağlanmayan ticarət və iaşə obyektləri cərimə olunur.
Bolgexeber.com