Beyləqan rayonunda aksiya keçirilib - VİDEO
10-07-2014, 17:10
Oxunub: 2 818
Rayon rəhbərliyinin də müdaxilə etdiyi aksiya zor gücü ilə dağıdılsa da, əhalinin yenidən ayağa qalxacağı gözlənilir
Beyləqan rayon icra hakimiyyətinin başçısı Vaqif Abdullayevin yarıtmaz fəaliyyəti sakinləri ayağa qaldırdı. Belə ki, rayonun Dünyamalılar kəndinin sakinləri Bakı-Beyləqan magistral yolunu bağlayıblar. Bolgexeber.com bildirir ki, xalqxeber.az-ın hadisə yerində olan əməkdaşları bildirir ki, bu zaman yerli əhali ilə polis arasında ciddi qarşıdurma olub. Rayon rəhbərliyinin də müdaxilə etdiyi aksiya zor gücü ilə dağıdılsa da, əhalinin yenidən ayağa qalxacağı gözlənilir. Aksiyaya səbəb isə Dünyamalılar-Şahsevən kəndləri arasındakı yolun təmiri adı ilə aylarla bərbad halda saxlanılması olub. Belə ki, dövlət başçısı İlham Əliyev tərəfindən bu yolun təmiri üçün 7 milyon manat vəsait ayrılıb. V.Abdullayev isə bu işi yaxın dostu Şükür Məmmədovun "Orion M” MMC şirkətinə verib. Lahiyədə asfaltın qalınlığı 12 sm göstərilsə də, maksimum 5 sm olan asfalt bitmədən dağılmaqdadır. Təmir işlərinin uzanması da kəndləri toz içində qoymuşdur. Əhali bir an öncə bu yolun normal təmir olunmasını və toz-torpaqdan xilas olmağı tələb edirlər.
Çox Oxunanlar
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 17-04-2024, 10:13 : Hadı Rəcəblinin dəfn yeri açıqlandı
Gündəm
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər