BolgeXeber.Com » Bölgə » Füzulidə kənd xəstəxanası və həkim lablatoriyasının açılışı olmuşdur

Füzulidə kənd xəstəxanası və həkim lablatoriyasının açılışı olmuşdur

16-07-2014, 15:50
Oxunub: 2 944 Füzuli rayonunda əhalinin sağlamlığının qorunması, tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi daim diqqət mərkəzində saxlanılır, aparılan quruculuq işləri zamanı yeni səhiyyə ocaqları tikilir. Son illər rayonda səhiyyə müəssisələri əsaslı təmir edilir, tibb avadanlıqları və ləvazimatlarla təchiz olunur. Bu sözlər bu gün Füzuli rayonun Böyük Bəhmənli kənd xəstəxanasının və həkim ablatoriyasının açılış mərasimində bildirilmişdir.
Açılış marasimində çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev bildirmişdir ki, Prezident cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində ölkəmizin bütün regionlarında olduğu kimi, Füzuli rayonunda da əhalinin sosial problemləri uğurla həll edilir. Dövlət başçısının səhiyyə sistemində apardığı uğurlu islahatlar, regionlarda tibb ocaqlarının bərpa etdirilməsi sağlam cəmiyyətin formalaşmasına, əhaliyə daha yaxşı səhiyyə xidməti göstərilməsinə şərait yaratmışdır.
Alı Alıyev demişdir: - “Hər bir yaşayış məntəqəsində insanlara göstərilən qayğı onların rahatlığının təmin olunmasından başlayır. Böyük Bəhmənli kəndində istifadəyə verilən həkim məntəqəsi kənd sakinlərinin rahat yaşayışına imkan verəcəkdir.”
Alı Alıyev xəstəxanadan səmərəli istifadə olunacağına, əhaliyə nümunəvi xidmət göstəriləcəyinə əminliyini bildirmiş, bir daha sakinləri təbrik etmiş, rəmzi açılışı bildirən lenti kəsmişdir.
Mərasim iştirakçıları ölkəmizdə səhiyyənin inkişafına, onun maddi-texniki bazasının möhkəmləndirilməsinə və əhalinin sağlamlığına göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
Qeyd olunmuşdur ki, müasir standartlara uyğun inşa edilən, zəruri tibbi avadanlıqla təchiz olunan xəstəxana rayonun ən böyük yaşayış məntəqəsinin sakinlərinə xidmət göstərəcəkdir.
Sonra tədbir iştirakçıları xəstəxanada və amblatoriyada yaradılmış şəraitlə tanış olmuşlar.