BolgeXeber.Com » Bölgə » Masallıda məmur oğlu həbs olundu

Masallıda məmur oğlu həbs olundu

17-07-2014, 13:10
Oxunub: 2 489 Sədi Əbilov polisə müqavimət göstərdiyinə görə 15 günlük həbs olunub

Dünən Masallı rayonunda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək Müfəttlişliyinin Cənub regional idarəsinin rəisi Ərəstun Əbolovun oğlu polisə müqavimətə görə Masallı rayon məhkəməsinin qərarı ilə15 günlük həbs olunub.

Rayon sakinlərinin verdiyi məlumata görə Sədi Əbilov rayon daxilində özünə məxsus Niva markalı maşınla nömrəsiz və kustar üsülla hazırlanmış pərdədən istifadə edirmiş. Bu zaman Masallı DYP-i əməkdaşları tərəfindən saxlanılan məmur oğlu bu dəfə də polisə tabe olmaq istəməyib. Polisə müqavimət göstərməyinə baxmayaraq onun idarə etdiyi avtomobil cərimə meydançasına aparılıb və barəsində tədbir görülüb.
Rayon sakininin verdiyi məlumata görə bu hadisə rayon ictimayyəti tərəfindən alqışla qarşılanıb. Çünki rayonda belə qudurğan məmur övladlarının zərərsizləşdirilməsi nadir hallardan biridir və bu da sakinlər tərəfindən müsbət hal kimi qiymətləndirilir.

Rayon sakinlərinin verdiyi məlumata görə Sədi Əbilovun belə bir hərəkət etməsinə səbəb atasının vəzifədə olmasıdır. Məlumat üçün bildirək ki, Sədi Əbilov bir müddət öncə Masallı rayon İşıq idasəinin rəsi vəzifəsində çalışıb. Və dövlət əmlakınınm küllü miqdarda mənimsədiyinə görə vəzifəsindən uzaqlaşdırılıb. Lakin tutduğu vəzifədən uzaqlaşdırıldıqdan sonra atasının vəzifədə olması Sədi Əbilovun həbs olunmasını mümkün etməyib.


Masallı rayon Polis idarəsindən məlumatı dəqiqləşdirmək mümkün olmadı.
Bolgexeber.com