BolgeXeber.Com » Bölgə » Əbülfəs Qarayevin qovulan işçisi şok korrupsiya faktları açıqladı

Əbülfəs Qarayevin qovulan işçisi şok korrupsiya faktları açıqladı

19-07-2014, 11:25
Oxunub: 2 541 Stul satış qiyməti 25-30 manat olduğu halda 56 manat kimi sənədləşdirilir

Göygöl rayon sakini Məmmədov Şahin Şakir oğlu Göygöl rayon Mədəniyyət və Turizm İdarəsində baş verən korrupsiya faktlarının araşdırılması üçün müvafiq qurumlara müraciət edib.


Bolgexeber.com bildirir ki, sakin “Qafqazinfo” ya göndərdiyi şikayət məktubunda 2011-ci ildən Göygöl rayon Mədəniyyət və Turizm şöbəsində məsləhətçi vəzifəsində işlədiyini qeyd edib: “İşə DQMK-nın təşkil etdiyi imtahanın müsabiqə və müsahibə mərhələlərini keçərək qəbul edilmişəm. Kiçik dövlət qulluqçusuyam. Dövlət qulluğu keçdiyim müddət ərzində heç vaxt barəmdə hər hansı intizam tənbeh tədbiri tətbiq edilməyib.

Göygöl rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri xanım Ş.Q.Hümbətova, mən işlədiyim müddət ərzində daim korrupsiya əməlləri ilə məşğul olub. Belə ki, şöbəyə alınan inventar və avadanlıqlar, dəftərxana ləvazimatları, şöbə üçün görülməli olan işlərin dəyəri, təmir-tikinti işləri üçün ayrılan vəsait dəfələrlə artıq qiymətə sənədləşdirilir.

Kompyuter dəsti "Casper" satış qiyməti 400-500 manat olduğu halda 1380 manat kimi sənədləşdirilir.

Kompyuter dəsti "LC" satış qiyməti 400-500 manat olduğu halda 1320 manat kimi sənədləşdirilir.

Notebook "Casper" satış qiyməti 500-600 manat olduğu halda 1246 manat kimi sənədləşdirilir.

Dinakort satış qiyməti 1800-2000 manat olduğu halda 4066 manat kimi sənədləşdirilir.

Stul satış qiyməti 25-30 manat olduğu halda 56 manat kimi sənədləşdirilir.

Şkaf satış qiyməti 150-180 manat olduğu halda 400-450 manat kimi sənədləşdirilir

Tozsoran satış qiyməti 130-150 manat olduğu halda 256 manat kimi sənədləşdirilir.

Telefon aparatı satış qiyməti 8-10 manat olduğu halda 25-30 manat kimi sənədləşdirilir.

Stul 3 yerlik satış qiyməti 100-120 manat olduğu halda 210 manat kimi sənədləşdirilir.

Xalça 3*5 satış qiyməti 200 -230 manat olduğu halda 482 manat kimi sənədləşdirilir.

Tefal satış qiyməti 12-15 manat olduğu halda 35-40 manat kimi sənədləşdirilir

Kağız satış qiyməti 3.5 manat olduğu halda 6 manat kimi sənədləşdirilir.

Qələm satış qiyməti 0.05 manat olduğuhalda 0.20 manat kimi sənədləşdirilir.

Xətkeş satış qiyməti 0.10 manat olduğu halda 0.40 manat kimi sənədləşdirilir.

Pozan satış qiyməti 0.10 manat olduğu halda 0.40 manat kimi sənədləşdirilir.

Gündəlik satış qiyməti 1.5 manat olduğu halda 3 manat kimi sənədləşdirilir

Süpurgə satış qiyməti 2 manat olduğu halda 4 manat kimi sənədləşdirilir.

Mədəniyyət obyektlərinin xalçalarının, pərdələrinin yuyulması eləcədə vaxtaşırı elektrik naqillərinin dəyişdirilməsi üçün “Ədirəf” MMC və “Zaur” MMC-lə müqavilələr imzalanır, onların hesabına pul köçürülür, əslində isə heç vaxt həmin işlər görülmür. Bundan başqa xanım Ş.Q,Hümbətova hər ay 8-10 nəfər mədəniyyət işçisini guya Bakı şəhərinə göndərir və onlar üçün ezamiyyət vərəqləri yazılır. Halbuki onlarda heç biri Göygöl rayonunu tərk etmir”.

Şikayətçi idarə müdirinin qanunsuz əməlləri ilə ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinə də müraciət edib: “Nazirlikdən idarəni yoxlamaq səlahiyyətləri olmadıqlarını bildirdilər. Bundan sonra müdir tərəfindən mənə təzyiqlər edildi. Nazirliyə işdən çıxarılmağımla bağlı müraciət etdi. İyul ayının 17-də işdən azad edildim”.