BolgeXeber.Com » Bölgə » Qubanın icra başçısının 678.587.20 manatlıq yardım oyunu

Qubanın icra başçısının 678.587.20 manatlıq yardım oyunu

19-07-2014, 19:10
Oxunub: 3 089 "20 yerli komissiyanın tərtib etdiyi sənədlərin hər birində müəyyən talama izləri açıq görünür"

Qubanın icra başçısı Mübariz Ağayev buğda əkini üçün hər hektara görə əlavə ayrılmış 40 manatlıq yardımın mənimsənilməsi prosesində digər həmkarlarından fərqlənməyib. Bolgexeber.com mia.az saytına istinadən xəbər verir ki, Qubada bu il buğda əkini üçün ayrılmış 678.587.20 (Altı yüz yetmiş səkkiz min beş yüz səksən yeddi manat iyirmi qəpik) manat vəsitin böyük bir hissəsi rayon rəhbərliyinin «xeyir-duası» ilə yerli məmurlar tərəfindən saxta sənədlər tərtib edilməklə mənimsənilib.

Bu barədə mövcud olan sənədlərə istinad edən Sensasiya.com mia.az saytına istinadən xəbər veirir ki, 01 dekabr 2013-cü il tarixli sənədə əsasən bu il rayon üzrə 4297 nəfər cəmi 14804,6 hektar buğda səpini aparıb: «Və buna görə onlara cəmi 678.587.20 manat yardım edilib. Lakin sənədlərdə yer alan bəzi rəqəmlərlə real buğda istehsalı arasındakı təzadlı faktlar ortaya ciddi şübhələr çıxarıb. Birmənalı şəkildə demək olar ki, Qubada icra nümayəndələri və bələdiyyə rəhbərliyindən ibarət olan 20 yerli komissiyanın tərtib etdiyi sənədlərin hər birində müəyyən talama izləri açıq görünür. Məsələn, Xucbala, 1 və 2-ci Nügədi, Alpan, Vədvələ, Zərqava kəndləri üzrə rəqəmlərin ciddi araşdırılması prosesi gedir.

Düşünürəm ki, Kənd Təsərrüfatı Nazirliyi bu araşdırmalarının nəticələrini də Baş Prokuor yanında Korrupsiyaaya Qarşı Baş Mübarizə İdarəsinə göndərəcək»
Bolgexeber.com