BolgeXeber.Com » Bölgə » Vətəndaş gömrükçülərə etiraz olaraq gətirdiyi maşını yandıracaq

Vətəndaş gömrükçülərə etiraz olaraq gətirdiyi maşını yandıracaq

22-07-2014, 11:40
Oxunub: 3 194 Lənkəran rayon sakini (hələlik adının çəkilməsini istəmir -red.) şikayət məktubu ilə müraciət edib. Lənkəran sakini bildirir ki, şikayəti gömrük orqanlarındandır.

Narazı vətəndaş dia.az-a yazır ki, Gürcüstandan «Mersedes» maşını gətiriblər: "2001-ci il buraxılışı olan həmin avtomobili gömrükdən keçirmək üçün Lökbatan Gömrük İdarəsində olublar və onlardan buna görə, 5 min manat pul istənilib. «Maşının matoru sənəddə nəzərdə tutulduğundan böyük olduğuna görə 5 min manat gömrük rüsumu istənilib. Lakin onların bu pulu verməyə gücləri çatmadıqlarından, maşın alınıb gömrük dayanacağına qoyulub».

Narazı vətəndaş bildirir ki, bu gün Azərbaycanda olan gömrük rüsumları dünyanın heç bir yerində yoxdur: "Gedin, Lökbatan gömrüyünə baxın, və orada sülmə salınan vətəndaşların halını görün. Sanki gömrükçülər faşistlərdir, əllərinə düşənlər də əsirlər. Heç Hitlerin əsgərləri belə amansız olmayıblar. Əgər mənim maşınım özümə qismət olmayacaqsa, onlara da verməyəcəm və gömrükdəcə, maşına od vurub yandıracam".

Bütün maraqlı tərəfləri dinləməyə hazırıq...