BolgeXeber.Com » Bölgə » "Quba Nəqliyyat" ASC ilə bağlı Ramil Usubova müraciət olundu

"Quba Nəqliyyat" ASC ilə bağlı Ramil Usubova müraciət olundu

25-07-2014, 17:30
Oxunub: 2 588 Arif Əliyev və Həsən Həsənovun birgə maxinasiyalarının yeni məqamları

Bir müddət öncə "Quba-Nəqliyyat” Açıq Tipli Səhmdar Cəmiyyətində baş verən qanunsuzluqlarla bağlı tənqidi material yaumışdır.Həmin yazıda hal-hazırki sədri, Bakı şəhəri S.Vurğun küçəsi ev 1, mənzil 13-ün sakini Əliyev Arif Məmmədoğlunun özbaşınalıqları, vəzifəsindən sui-istifadə edərək ASC-nin əmlakını sataraq külli məbləğdə sərmayəni mənimsəməsi ilə faktlar yer almışdı. İndi isə cumuriyyet.az-ın elektron poçtuna məsələ ilə bağlı yeni şikayət məktubu daxil olub.


"Quba-Nəqliyyat” ASC üzvlərindən olan Quba şəhəri, Əzizbəyovküçəsi, ev № 16-da yaşayan MəmmədovTahir Mövsüm oğlunun məktubunu olduğu kimi diqqətinizə çatdırırıq: "Mənim Sizə müraciətiminsəbəbi mənim və ailəmin fırıldaqçıların, dələduzluqlarının qurbanıolmasıdır.


Belə ki, mənim ömrüboyu çalışdığım, uzun müddətrəhbərlik etdiyim Quba rayonuAvtobazası, 2716 nömrəli avtomobil dəstəsi sonradan "Quba-Nəqliyyat” Açıq Tipli Səhmdar Cəmiyyətə çevrildi. 2007-ci ildə mənim xəstəliyimləəlaqədar, ATSC- də uzunmüddət mənimlə müxtəlif vəzifələrdə işləyənQuba rayon sakiniHəsənov Həsən Əlioğlunun təklifi ilə onun yaxından tanıdığıBakı şəhəri, Səməd Vurğun küçəsi, ev 1, mənzil 13-ün sakini Əliyev Arif Məmməd oğlunun sədr seçilməsinə razılıqverdim. Bəlalar da bundan sonra başladı. Belə ki, ATSC-nin nizamnamə kapitalı 424075,60 (dörd yüz iyirmi dördmin yetmiş beşmanat 60 qəpik) manatqiymətləndirilib. Azərbaycan Respublikası MaliyyəNazirliyi tərəfindən birqiymətli kağızın nominal dəyəri 2.00 manatolmaqla, 212037 (iki yüz on ikimin otuz yeddi) ümumi miqdarda qiymətli kağızlar ATSC-ə buraxılmışdır. Bu səhmlərin 41806 (qırx birmin səkkiz yüz altı) mənim, 35618(otuzbeş min altıyüz on səkkiz) həyatyoldaşım Məmmədova Zəhrəxanım Ağəli qızınındır. ATSC-ə A.Əliyev gəldikdən sonra özünə müavinAMİP-nın Quba rayonŞöbəsinin o zamanki sədri H. Həsənovu təyin etdi. Buhəmin H. Həsənovdur ki, hamıQubada onu AzərbaycanMilli İstiqlal PartiyasınınLideri Etibar Məmmədovun adamı kimi tanıyır. İstər A.Əliyev, istərsə də H.Həsənov həmişə E.Məmmədovun adından danışıblar. Biz A.Əliyevi tanımadığımızdan, xüsusi ilə H. Həsənova inanmışıq. O isə ortadaözünün, partiyanın və E.Məmmədovunolduğunu bizə bildirib. A.Əliyevində E.Məmmədovunyaxın adamıolduğunu, onların arxasında şəxsən E.Məmmədovun durduğunu, arxalarınınmöhkəm olduğunu dəfələrləvuğulayıb və A.Əliyevə inanmaq və kömək etmək lazım olduğunu dabildirərək, onlara kömək etməyimizixahiş edib. Bir çoxları kimi, mən də indi ATSC-də müavin işləyən H.Həsənova,onun vasitəsilə yaxındantanış olduğumuz A.Əliyevə inanmışıq. Səhvimiz və bəlamız da buradanbaşladı. A.Əliyev də bizəarxasında güclü qüvvələrindurduğunu, ona inanmaqolduğunu bildirdi. Beləliklə mən də bufırıldaqçılara inanmaq məcburiyyətində qaldım,A.Əliyevin işi dirçəltmək adı altında məndən istədiyi 30000 (otuz min)manat pulumu onaverdim. Əvəzində isə o nəvəmAbbasov Etibar Abbas oğlunu ATSC-dəməsul vəzifəyə qoyacağınıvəd etdi vəbundan başqa ondan 25.09.2008-ci iltarixində əmlakına dair nəvəminadına baş etibarnamə aldım. Eyni zamanda həyatyolaşımın adına olan35618 səhmi onun istəyi ilə nəvəminadına etibar etdik. Bu haqda daATSC-nin sədri A.Əliyevinmöhürlü imzası ilə təsdiqedilmiş etibarnaməsi var.


Sonradan mən, bizimA.Əliyev və H.Həsənovtərəfindən vicdansızcasına aldadıldığımızı başadüşdüm. Verdiyim 30000 (otuzmin) manatı geri tələbetdim, müəyyən qədərpulumu çox get - gəldənsonra zülmlə A.Əliyevdənala bildim. Lakin, o hələ də mənəvə ailəmə qarşı dələduzluğunudavam etdirir. BizA.Əliyevin və H.Həsənovun yeganə qurbanıdeyilik. Qubada bir çoxinsanlar bu dələduzlarınfırıldaqlarının qurbanı olmuşdur. Əslində A.Əliyev H.Həsənovlabirlikdə ATSC-də cinayətkarbirlik quraraq küllimiqdarda pulları cinayət yolu iləmənimsəmişdir. Qurbanlar arasında ATSC-ninüzvü Quba şəhər sakiniMehdiyev Sadıq Yaquboğlu da var. Onun etibarındanistifadə edən dələduzlaronun əmlakını, Bakı şəhərindəolan evini mənimsəmişlər.


Həmçinin məlumatüçün bildirim ki,A.Əliyev ATSC-ə məxsusolan əmlakı atasının malıkimi satıb, mənimsəyir. Rəhbərlik etdiyimdövrdə tikdirdiyim qarajı və digər tikililəri,eləcə də digərATSC-nin əmlakını saxtasənədlər əsasında sataraq mənimsəmişdir”.


Şikayətçi bütün baş verənlərlə bağlı AzərbaycanRespublikasının Daxili İşlər Naziri general-polkovnik, cənabRamil Usubova, Bakı şəhər, Səbailrayon Pİ-nin 39-cupolis bölməsinin rəisi polkovnik-leytenant, cənabUrxan Şirinova müraciət edərək adıçəkilən şəxslərin cəzalandırılmasını istəyir: "A.Əliyev və H.Həsənovun cinayətləribununla bitməyir. Onlar gündən-günə daha da azğınlaşırlar. Ona görə də bu cütlüyün bəd əməllərinin qarşısının alınmasını,əməllərinə görəhaqlı cəzaya cəlb edilmələrini, ATSC-də ciddi yoxlama aparılmasını, mənim və ailəmin tapdanmışhüquqlarımızın bərpasını, səhmlərimizin fırıldaqçıların ixtiyarından qaytarılmasını, onların cəzalandırılmasında köməyinizi acizanə xahiş edirəm”.