BolgeXeber.Com » Bölgə » Sumqayıtda pul üçün yol kəsənlərə göz yuman kimdir? - Foto

Sumqayıtda pul üçün yol kəsənlərə göz yuman kimdir? - Foto

25-07-2014, 17:50
Oxunub: 2 487 İş adamının pulunu artırmaq üçün atdığı addım kimlərisə tapdayacaq

Sumqayıt şəhərində tikilən yeni mağaza sakinlər üçün gələcək problemdən xəbər verir.

17-ci mikrorayonda aparılan işlər sakinlərdə belə bir qənaət formalaşdırıb. Oxucular yazırlar ki, mikrorayonun 62-ci binasının qarşısında market tikilir. Marketin divarları o qədər qabağa çəkilib ki, düz maşın yoluna dirənir. Mağaza tikildikdən sonra onun qarşısında pilləkən də qurmaq lazım gələcək.

Bundan başqa mağazaya mal gətirən maşınların da orada dayanacağını nəzərə alsaq, insanların gediş-gəliş yolu tamamən qapanacaq. Maraqlıdır, görəsən, Sumqayıt şəhərinin müvafiq qurumları belə hallara niyə biganə yanaşırlar? Özbaşına daşı daş üstə qoymağın mümkün olmadığı bir şəhərdə belə qanunsuzluğa kim icazə verib?

Məsələ ilə bağlı Sumqayıt şəhər İcra Hakimiyyətinin bir neçə şöbəsi, eləcə də Memarlıq və tikinti idarəsi ilə gün ərzində əlaqə saxlamağa cəhd etsək də, telefonlara cavab verən olmadı. Şəhər rəhbərliyinin rəsmi mövqeyini öyrənməyə çalışacağıq.(milli.az)