BolgeXeber.Com » Bölgə » Şəkidə milyonluq saxta subsidiya əməliyyatı-YEYİNTİ

Şəkidə milyonluq saxta subsidiya əməliyyatı-YEYİNTİ

31-07-2014, 14:25
Oxunub: 3 272 Mənimsənilən vəsaitin dəyəri təxminən 2 milyon manatı keçir

Şəkidən Pia.az-a daxil olan məlumata görə Kənd təsrrüfatı naziri Heydər Əsədovun dövlət tərəfindən vətəndaşlara verilən subsidya yardımlarını yoxlatdırmaq haqqında tapşırıq verməsi “Aqrolzinq” rayon şöbəsinin rəhbərliyini və rayon icra hakimiyyətini ciddi şəkildə narahat etməyə başlayıb. Çünki ən çox subsidiya yardımı ayrılan rayonlardan biri olan Şəki rayonunda əkin sahələri olaraq sənədləşdirilən torpaqların tam olaraq yarısı qeyri-əkin sahələridir.

Kənd Təsərrüfatı nazirliyinin müfəttişləri Heydər Əsdovun göstərişi əsasında Şəki rayonunda dövlət tərəfindən torpağın əkilməsi üçün verilən 1239283,2 (bir milyon iki yüz otuz doqquz min iki yüz sıksın üç manat) və taxıl bitkisinin biçilməsi üçün veriləcək 1230000 (bir milyon iki yüz min manat) yanacaq pullarının araşdırılmasına başlanılıb.

Məlumatda qeyd olunur ki, Şəki rayonun 32 kəndinin 3735 sakinin adına 30982 hektar torpaq sahəsinə subsidiya yardımına yazdırılıb. Qeyd edək ki, Şəki ən çox subsidya yardımı ayrılan rayonların başında gəlir və bu rayonda suvarılan əkin sahələri çox cüzidir və bir qayda olaraq taxıl dəmyə əkilir. Dəmyə taxıl isə daha çox arpa əkilir. Subsidya yardımı yazdırılan 32 kəndin 12 kəndi isə daha çox əkin sahələrini əhatə edir. Bu kəndlər Daşüz-2237 ha 140 nəfər, Qayabaşı-4381 ha 210 nəfər, Bolludərə-5642 ha 210 nəfər, Çeşməli-910 ha155 nəfər, Aydınbulaq-1687 ha 209 nəfər, Turan-3760 ha 131 nəfər, İnçə-535 ha 7 nəfər, Cumakənd-563 ha 401 nəfər, Baş layisqi-1091 ha 144 nəfər, Cəyirli-1056 ha 153 nəfər, Şorsu-1910 ha 141 nəfər cəmi 26449 ha, ümumilikdə Şəkidə əkilən torpaqların 80 faizini təşkil edir.

Bildirilir ki, Şəki rayon İcra Hakimiyyəıtinin başçısı Elxan Usubov müavini, icra hakimiyyətinin aqrar məsələlər şöbəsinin müdiri Xəlil Xəlilovun və “Aqrolzinq” Şəki rayon şöbəsinin rəhbərliyinin əli ilə saxta torpaq sahələri yazaraq dövlət büdcəsindən 15 min hektar subsidiya yardımı yazdırıb. Bu böyük maxinasiyada 10-dan artıq icra nümayəndəsi və bələdiyyə sədri iştirak edib.

Mənbə idda edir ki, Şəki rayonunda aparılaan yoxlamadan sonra ölkənin ən böyük subsdiya maxinasiyası üzə çıxacaq.

Xatırladaq ki, bu ilin əvəlində “Aqrolizinq” Şəki rayonu Aqroservis filialında Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin apardığı yoxlama zamanı külli miqdarda dövlət vəsaitinin mənimsənilməsi faktları üzə çıxmışdı. Prokuorluq oraqnları tərəfindən “Aqroservis” filial direktoru Rasim Qurbanov və digər şəxlər haqqında Cinayyət Məcəlləsinin 308,1 (vəzifə səlahiyyətindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanılmış və adı çəkilən şəxslər həbs olunmuşdu. Həmin cinayət işində filial direktoru Rasim Qurbanovun Kənd Təsərrüfatı Nazirliyi ərazi idarəsinin rəisi işləyən qardaşı Cavanşir Qurbanova arxalanaraq 2000 hektardan çox torpaq sahəsinin adına saxta subsidiya yardımına yazdıraraq külli miqdarad dövlət vəsaitini mənimsədiyi qeyd olunurdu və hal-hazıda cinayət işi araşdırılmaqdadır. Qurbanov qardaşları isə hazırda məhbus həyatı yaşamaqdadırlar.

Qeyd edək ki, Cavanşir Qurbanov 2006-2008 ci illərdə “Aqrolizinq” Şəki filialının direktoru vəzifəsində işləyib və Ərazi Kənd Təsərrüfatı İdarəsinin müdiri təyin olunduqdan sonra öz yerinə qardaşı Rasim Qurbanovu təyin etdirib. Lakin Şəki rayonunda subsidiya maxinasiyasını təkcə Qurbanov qardaşları həyata keçitrməyib.

Onlarla birlikdə rayon icra başçısının qarar məsələlər şöbəsinin müdiri Xəlil Xəlilov və 10 yaxın kəndin bələdiyyə sədrləri əlbir olaraq min hektarlarla torpaq sahələrini subsidiya yardımına dövlətdən milyon manatlarla vəsait oğurlayıblar. Adı subsidiya yardımına yazılan torpaq sahələrinə dövlət tərəfindən verilən verilən azot gübrəsinidə hesablasaq mənimsənilən vəsaitin dəyəri təxminən 2 milyon manatı keçir.

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq…