BolgeXeber.Com » Bölgə » Füzuli RİH başçısı Alı Alıyev: Hər bir müraciət diqqət mərkəzindədir

Füzuli RİH başçısı Alı Alıyev: Hər bir müraciət diqqət mərkəzindədir

31-07-2014, 16:30
Oxunub: 4 029 Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev əhalinin problemlərinin yerində öyrənilməsi, həll edilməsi məqsədi ilə mütəmadi olaraq vətəndaşlarla görüşür, onların təklif və qayğılarını həll edir. Alı Alıyevin növbəti səyyar qəbulu Alıxanlı kəndində keçirilmişdir.
Görüşdə rayonun idarə, müəssisə və hüququ mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak etmişdir.
Səyyar qəbulda çıxış edən Alı Alıyev bu cür görüşlərin ölkə başçısı cənab İlham Əliyevin tapşırığı ilə mütamadi keçirildiyini bildirmişdir.
Alı Alıyev qeyd etmişdir ki, prezident cənab İlham Əliyevin vətəndaş müraciətlərinə həssas münasibət göstərmək barədə tapşırıqları Füzuli rayonunda birmənalı olaraq diqqət mərkəzində saxlanılır.
Sonra kənd sakinlərinin müraciətləri dinlənilmişdir. Kənd sakinlərinin içməli və suvarma suyu, işıq, qaz və torpaqla bağlı təklif və müraciətləri dinlənilmişdir. Qaldırılan məsələlərin əksəriyyəti rayon İcra Hakimiyyəti başçısının göstərişi ilə yerindəcə həll edilmiş, digərləri isə həll edilməsi üçün nəzarətə götürülmüşdür.
Səyyar qəbul zamanı çıxış edən kənd sakinləri rayonda aparılan abadlıq quruculuq işlərindən, eyni zamanda məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşması ilə əlaqədar dövlət başçısının həyata keçirdiyi məqsədyönlü siyasətdən öz razılıqlarını bildirmişlər.
Səyyar qəbul-görüşü yekunlaşdıran Alı Alıyev rayonun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən danışmış, Alıxanlı kəndində işğal dövrü yandırılmış və dağıdılmış evlərin bərpası, torpaq islahatı və digər məsələlər barədə aidiyyati qurumlara konkret tapşırıqlar vermişdir.