BolgeXeber.Com » Bölgə » Tərtər İcra Hakimiyyəti mətbuatda yazılanlara münasibət bildirdi

Tərtər İcra Hakimiyyəti mətbuatda yazılanlara münasibət bildirdi

1-08-2014, 16:25
Oxunub: 3 752 "Biz birmənalı olaraq yazılan şər və böhtan xarakterli bu yazıların əleyhinəyik!"

Son zamanlar bir çox mətbu orqanlar Tərtər rayon icra hakimyyəti haqqında heç də xoşa gəlməyən məlumatlar yayırlar.Yayılan bu cür məlumatlara aydınlıq gətirmək üçün Tərtər rayon icra hakimiyyətinin rəsmisi Svetlana Əzizova Bolgexeber.com-a açıqlamasında bunları bildirdi:
“Mustəqim Məmmədov Tərtər rayonuna yeni təyin olunub və təyin olundugu ilk gundən rayonumuzda abadlıq,quruculuq, islərinə başlayıb. Rayonun mərkəzi kücə və prospektlərində yenidənqurma işləri aparılır. Həmçinin vaxtaşırı əhali ilə səyyar qəbullar kecirilir, əhalini narahat edən bütün məsələlərin həll olunmasına dair muvafiq addımlar atılır. Muntəzəm olaraq, əlillər, şəhid ailələri və kimsəsizlərlə görüşlər kecirilir, ehtiyacı olan şəxslərə lazımı yardımlar gostərilir. Lakin son gunlər bəzi mətbuat orqanları bizim işimizə kolgə salmaq istəyirlər.Biz birmənalı olaraq yazılan şər və böhtan xarakterli bu yazıların əleyhinəyik!"
Aytən Yaşar
Bolgexeber.com