BolgeXeber.Com » Bölgə » Şəkinin sabiq icra başçısı və qardaşı narazılıq yaradır - Şikayət var

Şəkinin sabiq icra başçısı və qardaşı narazılıq yaradır - Şikayət var

2-08-2014, 13:45
Oxunub: 2 669 "Bəs istintaqdan və məhkəmədən gizlədilən yerdə qalan yüzlərlə zərəçəkmişin taleyi necə olsun?"

Şəki sakini Valeh Yusiflinin göndərdiyi şikayət məktubunda bildirilir ki, icra başçısının qardaşı vətəndaşları aldadaraq dələduzluq edib.

Şikayət məktubunu olduğu kimi təqdim edirik:

"Hörmətli media kapitanları, mən Sizlərə müraciət edirəm ki, 2004-2010-cu illərdə Şəki şəhər İH-nin başçısı olmuş Nazim İbrahimovun bazarkom qardaşı Ürfət İbrahimov yüzlərlə sadə həmyerlimizi aldadaraq onların bazarda yer verəcəyi vədilə pullarını qeyri-qanuni mənimsəmiş və dələduzluq etmişdir. Lakin çox təəssüflər olsun ki, Korrupsiyaya Qarşı Mübarizə İdarəsi bu tamahkarı Cinayət Məcəlləsinin 4 maddəsi üzrə günahlandırsa da, sonda Şəki Ağır Cinayətlərə Dair Məhkəməsi hansısa maraqlardan ona bəraət vermişdir. Bəs istintaqdan və məhkəmədən gizlədilən yerdə qalan yüzlərlə zərəçəkmişin taleyi necə olsun?

Hesab edirəm ki, məsələnin ciddi araşdırılmasına və ictimaiyyətə təqdim edilməsinə Sizlərin köməyi lazımdır. Əvvəlcədən hamıya təşəkkürümü bildirirəm.

Hörmətlə: Valeh Yusifli" qaynar.info