BolgeXeber.Com » Bölgə » Ağsu bələdiyyəsinin sədri rayonun yarısını özəlləşdirib

Ağsu bələdiyyəsinin sədri rayonun yarısını özəlləşdirib

2-08-2014, 17:20
Oxunub: 3 524 Əliməhəmməd müəllimə bu səlahiyyətləri kim verib?

Ötən saylarımızda Ağsu Şəhər Bələdiyyəsinin sədri Əliməhəmməd müəllimin rayonda sakinlərə məxsus torpaq sahələrini satması barədə məlumat vermişdik. Rayon sakinləri qəzetimizə bildirirlər ki, bələdiyyə sədri rayondakı torpaqların hamısını satdığına görə, torpaqları sahələri artıq tükənib. Hələ bu azmış kimi, başqasına məxsus torpaq sahəsinin üstündə hansısa obyekt tikdirir. Bu isə birbaşa vətəndaşın hüququnun tapdanmasıdır. Qeyd edək ki, Əliməhəmməd müəllim keçmiş bələdiyyə sədrinin hərəkətlərini davam etdirir. Şikayət edən hər kəsə gedin kimə istəyirsiniz, hara istəyirsiniz şikayət edin deyir. Görünür, Əliməhəmməd müəllimin arxalandığı şəxslər çox güclüdür. Ağsu Şəhər Bələdiyyə sədri ayrı-ayrı torpaqları müxtəlif qiymətə adamlara satır. Artıq vəziyyət elə yerə çatıb ki, rayonun mərkəzindən torpaq almaq istədikdə tapmaq mümkün deyil.
Torpaq sata-sata külli miqdarda vəsait əldə edən Əliməhəmməd müəllim rayonda özünə əməlli-başlı şərait qurub. Etibarlı mənbələrin verdiyi məlumata görə, rayonun mərkəzində bir neçə ticarət obyekti, kəndlərdə fermer təsərrüfatı və heyvandarlıq komplekslərinin olduğu bildirilir. Bütün bunlar isə qanunsuz əməyin nəticəsi kimi qiymətləndirilir. Çünki neçə-neçə ailənin haqqı tapdanılaraq qazanılan pullar heç vaxt halal pul ola bilməz. Elə ailə var ki, onun torpağında bələdiyyə sədrinin qohumu hansısa obyekt tikdirir. Buna nə ad vermək olar? O da bildirilir ki, bələdiyyə sədri həmin şəxslə əlbirdir. Bələdiyyə sədrinin qanunvericilikdəki boşluqlardan sui-istifadə edib vətəndaşlara ziyan vurması rayonun neçə-neçə sakininin haqlı narazılığına səbəb olur. Məhz bu məmurun fəaliyyətindəki nöqsanlar səbəbindən rayon sakinləri bir çox problemlərlə üzləşirlər. Bələdiyyə sədri yerli vergilər hesabına rayonun sosial infrastruktur problemini həll etmir və əldə olunan gəlirlər vətəndaşların rifahına yönəldilmir.
Ağsu rayon sakinlərindən birinə məxsus torpaq sahəsi bu qurumun əliylə başqa şəxs tərəfindən mənimsənilməsi Əliməhəmməd müəllimin növbəti özbaşınalıqlarından biridir. Bələdiyyə sədri yalnız özü üçün çalışır. Sakinlərdən yığdığı vergi əvəzi pulları camaat üçün xərcləmir. Bələdiyyə sədri müxtəlif yollardan istifadə edərək həmin pulları mənimsəyir. Bundan başqa Əliməhəmməd müəllim boş torpaqları rayon sakinlərinə qanunda nəzərdə tutulmuş qaydada satmaq əvəzinə digər rayonların sakinlərinə baha qiymətinə satır. Bəs, Ağsu sakinləri evlərini harada tiksinlər? Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev isə bu məsələdən xəbərdar olduğu halda, bələdiyyə sədrinin əməllərini lazımi şəkildə qiymətləndirmir. Bundan başqa Ağsu rayonun yolları da bərbad vəziyyətdədir. Bələdiyyə sədri heç bununla da maraqlanmır. Bundan başqa şikayət məktubunda qeyd olunur ki, əhalinin sosial rifahının yaxşılaşdırılması üçün dövlət tərəfindən ayrılan pullar mnimsənilir.
Qeyd edək ki, sözügedən şikayətdə həm Ağsu Rayon İcra Hakimiyyəti, həm də Ağsu Şəhər Bələdiyyəsilə bağlı kifayət qədər məlumatlar verilib. Adıçəkilən rayonun sakinləri bildirirlər ki, qeyd olunan bütün faktlar diqqətlə araşdırılarsa, o zaman bələdiyyə sədri öz cəzasını ala bilər.
gundelik-baku