BolgeXeber.Com » Bölgə » Quba bazarı zibil içində batır-VİDEO

Quba bazarı zibil içində batır-VİDEO

4-08-2014, 11:15
Oxunub: 2 688 Bazarda ət və ət məshullarını üzərini milcək və digər həşəratlardan görmək mümkün deyil

Bolgexeber.TV xəbər verir ki, Quba sakinləri Quba bazarındakı vəziyyətdən narazılıq edirlər. Belə ki, yerli icra hakimiyyəti binasından hec də uzaqda olmayan bu bazarda antisanitariya özünün kulminasıya nöqtəsinə çatıb.Yağışda palçıqdan, günəşli havada tozdan əziyyət çəkən alıcılar dərdini deməyə adam axtarırlar. Bazara gətirilən bütün mallar demək olar ki, ayaq altına tökülüb satılır. Bazarda təmizlik qaydalarına riaəyət olunmadığı üçün natəmizlik baş alıb gedir. Burada xarab olan məhsul tullantılarının, sellofan və karton paket qutularının qarışdığı zibil topaları , həmçinin heyvan leşləri ətrafa üfunət iyi verir. Üstəlik bazarda ət və ət məshullarını üzərini milcək və digər həşəratlardan görmək mümkün deyil.

Qeyd edək ki,2013 cu ilin fevral ayında Milli Məclisin “İstehsalat və məişət tullantıları haqqında” qanuna və İnzibati Xətalar Məcəlləsinə etdiyi dəyişikliklərə görə məişət tullantılarının tutumlardan kənar yerlərə atılması, həmin yerlərdə saxlanmasına görə Əvvəl 25-40 manat məbləğində olan cərimələr 500 manata qədər qaldırıldı. Amma bütün bunlara baxmayaraq mövcud problemlərin tam aradan qaldırılmasında kompleks yanaşma lazımdır. Yəni aidiyyatı olan hər kəs buna məsuliyyət hiss etməli, ətrafı təmiz saxlamalıdır”.
Aytən Yaşar
Ayət Şükürlü
Bolgexeber.TV